CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb

© AFP 2023 / ALLISON DINNERqandal
qandal - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.
BAKI, 23 fevral — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları Sumqayıtda dəmir yolu stansiyasında üzərində narkotik də olan silahlı şəxsi saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.
Ondan nömrəsi silinmiş "Makarov" markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0