CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İslanmış telefonu düyü ilə qurutmayın! - Xəbərdarlıq

© AFP 2023 / Chris J Ratcliffe iPhone X smartfonu
 iPhone X smartfonu - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Bir çox istifadəçi hesab edir ki, islananda smartfonu düyü boşqabına qoymaq və bir neçə saat gözləmək kifayətdir.
BAKI, 23 fevral — Sputnik. Apple istifadəçiləri nəm iPhone-u xalq üsulları ilə - onu düyüyə batırmaq və ya saç qurutma maşını ilə qurutmamağa çağırıb. Bu barədə "Macworld" şirkətin texniki dəstəyinə istinadən məlumat yayıb.
Bir çox istifadəçilər hesab edir ki, islananda smartfonu düyü boşqabına qoymaq və bir neçə saat (və ya bir gün) gözləmək kifayətdir. Düyü bütün nəmi udmalıdır.
Lakin tədqiqatçılar illərdir bunun mif olduğunu iddia edirlər. Onların fikrincə, əslində düyü telefonu daha tez qurutmur. Əksinə, o, prosesi ləngidə bilər, nəticədə məntiqi lövhənizin zədələnmək ehtimalı daha da çoxalır.
Məqalə müəllifi 2024-cü ildən etibarən yeni Apple dəstək sənədinə istinad edərək iddia edir ki, düyü hətta vəziyyəti daha da pisləşdirə və cihazı zədələyə bilər.
Alternativ üsul olaraq tərtibatçılar nəmi çıxarmaq üçün telefonu ovucunuza yüngülcə vurmağı və sonra onu quru, havalandırılan yerə qoymağı təklif edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0