https://sputnik.az/20240223/revanin-aldigi-mistral-hava-hucumundan-mudafie-sisteminin-catismazliqlari-nelerdir-462842222.html
İrəvanın aldığı Mistral hava hücumundan müdafiə sisteminin çatışmazlıqları nələrdir?
İrəvanın aldığı Mistral hava hücumundan müdafiə sisteminin çatışmazlıqları nələrdir?
Sputnik Azərbaycan
"Mistral 3" raketi döyüş təyyarələrini, gəmi əleyhinə raketləri, helikopterləri, pilotsuz uçuş aparatlarını və sürətli hücum katerlərini vurmaq qabiliyyətinə... 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T21:41+0400
2024-02-23T21:41+0400
2024-02-23T21:41+0400
ermənistan
hərbi
fransa
raket
hava hücumundan müdafiə sistemləri
ktmt
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462842055_0:208:3070:1935_1920x0_80_0_0_25899a53cea4ceb3c55b55eb43f5006d.jpg
BAKI, 23 fevral — Sputnik. Ermənistan Fransadan "Mistral" zenit-raket kompleksləri ala bilər. Bunu Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu İrəvana səfəri zamanı bildirib. Lekornu onu da qeyd edib ki, Fransa Ermənistana hava hücumundan müdafiə üçün orta və uzun mənzilli silahlar, xüsusən də GM200 radarları təklif edə bilər. Fransadan Ermənistana bu tədarüklə bağlı müzakirələr bir müddətdir ki, davam edir. Sonuncu dəfə Fransa hakimiyyəti İrəvana silahla bağlı vədləri ötən ilin oktyabrında açıqlamışdı.Ekspertlər hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması silah, xüsusən də radarlar və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı çətinliklər yaradır. Bununla belə, baş nazir Nikol Paşinyan Fransa mətbuatına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dayandırdığını bildirib. Ermənistan baş nazirinin belə bir bəyanatı İrəvana digər ölkələrdən, o cümlədən NATO üzvü olan Fransadan silah və hərbi texnika almaq imkanı verir. Bununla belə, ekspertlər heyrət içindədirlər ki, Rusiya analoqları daha ucuz və dağlıq ərazilərdə istifadə üçün daha münasib olduğu halda Ermənistan Fransanın hava hücumundan müdafiə sistemlərini niyə almalıdır? Mistralların müsbət və mənfi cəhətləri Mistral hava hücumundan müdafiə sistemi Fransanın MBDA şirkəti tərəfindən istehsal edilib. Layihənin hazırlanmasına 1974-cü ildə başlanılıb və 1988-ci ildə Fransanın hava hücumundan müdafiə sistemi ilk S1 versiyasında, üçüncü versiya M3 isə 2019-cu ildə təqdim edilib. Mistral 3-ün uzunluğu buraxılış qurğusu ilə birlikdə 1,88 m, çəkisi 20 kiloqramdan az, diametri isə təxminən doqquz santimetrdir. Mistral 3 raketi döyüş təyyarələrini, gəmi əleyhinə raketləri, helikopterləri, pilotsuz uçuş aparatlarını və sürətli hücum katerlərini vurmaq qabiliyyətinə malikdir. Bildirilir ki, bir "Mistral 3" raketinin qiyməti təxminən yarım milyon dollardır və bir sıra ekspertlər avadanlıqların qiymətinin digər ölkələrin analoqları ilə müqayisədə çox baha olduğunu düşünürlər. Bu gün Mistral hava hücumundan müdafiə sistemi on ölkənin silahlı qüvvələrinin balansındadır. Qeyd etmək lazımdır ki, Mistral hava hücumundan müdafiə sisteminin çatışmazlıqlarından biri onun alınması üçün müqavilələrin uzun müddətə yerinə yetirilməsidir. Belə ki, İspaniya bu tip hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqaviləni ötən ilin sentyabrında imzalasa da, onları yalnız 2025-ci ildə alacaq. Eyni zamanda, bir sıra ekspertlər hesab edirlər ki, Ermənistanın "Mistral" hava hücumundan müdafiə sistemini almaq üçün kifayət qədər vəsaiti yoxdur, ona görə də ölkə onları kreditlə alacaq və bu, Ermənistanın dövlət büdcəsinə əlavə yük olacaq. Eyni zamanda, "Mistral" hava hücumundan müdafiə sisteminin aşkar çatışmazlığı ondan ibarətdir ki, onun istifadəsi Rusiya analoqu "İqla-Super"-dən fərqli olaraq xüsusi quraşdırma tələb edir. Xüsusi qurğuya ehtiyac Fransanın hava hücumundan müdafiə sistemini daha az mobil edir. Bundan əlavə, raketlərin çəkisi nisbətən böyük olduğuna görə onun istifadəsinə daha çox şəxsi heyət cəlb edilməlidir. Qeyd etmək lazımdır ki, çəkisi 12 kq-dan az olan "Iqla-Super" MANPADS-dnn istifadə edərkən belə çətinliklər yaranmır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462842055_0:0:2732:2048_1920x0_80_0_0_cc78c6b3cf6a20060821604a0367073c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ermənistan, fransa, raket, hava hücumundan müdafiə sistemləri, ktmt, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, fransa, raket, hava hücumundan müdafiə sistemləri, ktmt, ermənistanın baş naziri nikol paşinyan
İrəvanın aldığı Mistral hava hücumundan müdafiə sisteminin çatışmazlıqları nələrdir?
"Mistral 3" raketi döyüş təyyarələrini, gəmi əleyhinə raketləri, helikopterləri, pilotsuz uçuş aparatlarını və sürətli hücum katerlərini vurmaq qabiliyyətinə malikdir.
BAKI, 23 fevral — Sputnik. Ermənistan Fransadan "Mistral" zenit-raket kompleksləri ala bilər. Bunu Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu İrəvana səfəri zamanı bildirib. Lekornu onu da qeyd edib ki, Fransa Ermənistana hava hücumundan müdafiə üçün orta və uzun mənzilli silahlar, xüsusən də GM200 radarları təklif edə bilər.
Fransadan Ermənistana bu tədarüklə bağlı müzakirələr bir müddətdir ki, davam edir. Sonuncu dəfə Fransa hakimiyyəti İrəvana silahla bağlı vədləri ötən ilin oktyabrında açıqlamışdı.
Ekspertlər hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması silah, xüsusən də radarlar və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı çətinliklər yaradır.
Bununla belə, baş nazir Nikol Paşinyan Fransa mətbuatına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dayandırdığını bildirib. Ermənistan baş nazirinin belə bir bəyanatı İrəvana digər ölkələrdən, o cümlədən NATO üzvü olan Fransadan silah və hərbi texnika almaq imkanı verir.
Bununla belə, ekspertlər heyrət içindədirlər ki, Rusiya analoqları daha ucuz və dağlıq ərazilərdə istifadə üçün daha münasib olduğu halda Ermənistan Fransanın hava hücumundan müdafiə sistemlərini niyə almalıdır?
Mistralların müsbət və mənfi cəhətləri
Mistral hava hücumundan müdafiə sistemi Fransanın MBDA şirkəti tərəfindən istehsal edilib. Layihənin hazırlanmasına 1974-cü ildə başlanılıb və 1988-ci ildə Fransanın hava hücumundan müdafiə sistemi ilk S1 versiyasında, üçüncü versiya M3 isə 2019-cu ildə təqdim edilib.
Mistral 3-ün uzunluğu buraxılış qurğusu ilə birlikdə 1,88 m, çəkisi 20 kiloqramdan az, diametri isə təxminən doqquz santimetrdir. Mistral 3 raketi döyüş təyyarələrini, gəmi əleyhinə raketləri, helikopterləri, pilotsuz uçuş aparatlarını və sürətli hücum katerlərini vurmaq qabiliyyətinə malikdir.
Bildirilir ki, bir "Mistral 3" raketinin qiyməti təxminən yarım milyon dollardır və bir sıra ekspertlər avadanlıqların qiymətinin digər ölkələrin analoqları ilə müqayisədə çox baha olduğunu düşünürlər. Bu gün Mistral hava hücumundan müdafiə sistemi on ölkənin silahlı qüvvələrinin balansındadır.
Qeyd etmək lazımdır ki, Mistral hava hücumundan müdafiə sisteminin çatışmazlıqlarından biri onun alınması üçün müqavilələrin uzun müddətə yerinə yetirilməsidir. Belə ki, İspaniya bu tip hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqaviləni ötən ilin sentyabrında imzalasa da, onları yalnız 2025-ci ildə alacaq.
Eyni zamanda, bir sıra ekspertlər hesab edirlər ki, Ermənistanın "Mistral" hava hücumundan müdafiə sistemini almaq üçün kifayət qədər vəsaiti yoxdur, ona görə də ölkə onları kreditlə alacaq və bu, Ermənistanın dövlət büdcəsinə əlavə yük olacaq.
Eyni zamanda, "Mistral" hava hücumundan müdafiə sisteminin aşkar çatışmazlığı ondan ibarətdir ki, onun istifadəsi Rusiya analoqu "İqla-Super"-dən fərqli olaraq xüsusi quraşdırma tələb edir. Xüsusi qurğuya ehtiyac Fransanın hava hücumundan müdafiə sistemini daha az mobil edir.
Bundan əlavə, raketlərin çəkisi nisbətən böyük olduğuna görə onun istifadəsinə daha çox şəxsi heyət cəlb edilməlidir. Qeyd etmək lazımdır ki, çəkisi 12 kq-dan az olan "Iqla-Super" MANPADS-dnn istifadə edərkən belə çətinliklər yaranmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.