https://sputnik.az/20240223/fransa-ile-herbi-emekdasliq-ucuncu-olkelere-qarsi-yonelmeyib---papikyan-462833141.html
Fransa ilə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib - Papikyan
Fransa ilə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib - Papikyan
Sputnik Azərbaycan
Ermənistanın müdafiə naziri qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verənlərdən sonra müdafiə sahəsində münasibətləri şaxələndirmək lazım olduğu ortaya... 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T15:11+0400
2024-02-23T15:11+0400
2024-02-23T15:28+0400
ermənistan
dünya xəbərləri
müdafiə naziri
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449403622_0:0:1920:1080_1920x0_80_0_0_d0c1c5b24d80c6469edc338f73a4b559.jpg
BAKI, 23 fevral — Sputnik. İrəvanla Paris arasında hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib. Nazir bildirib ki, o, fransalı həmkarı Sebastien Lekornu ilə birgə mətbuat konfransında bu əməkdaşlığın Rusiya və İranla münasibətlərdə problemə çevriləcəkmi sualına cavab verib. Papikyan qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verənlərdən sonra müdafiə sahəsində münasibətləri şaxələndirmək lazım olduğu ortaya çıxdı:Xatırladaq ki, 2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar. Fransa Ermənistana 24 "Bastion" tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir. İrəvan bu yaxınlarda "Thales"dən üç GM200 radarı sifariş edib və "MISTRAL 3" zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır. Bundan başqa, Fransa Senatı hökuməti mümkün olduğu qədər tez "Sezar" özüyeriyən artilleriya qurğularının tədarükü imkanlarını araşdırmağa çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449403622_378:0:1819:1081_1920x0_80_0_0_fdf7db107fb9bda38edd59c3e270be33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, müdafiə naziri, fransa
ermənistan, müdafiə naziri, fransa
Fransa ilə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib - Papikyan
15:11 23.02.2024 (Yenilənib: 15:28 23.02.2024) Ermənistanın müdafiə naziri qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verənlərdən sonra müdafiə sahəsində münasibətləri şaxələndirmək lazım olduğu ortaya çıxıb.
BAKI, 23 fevral — Sputnik. İrəvanla Paris arasında hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib.
Nazir bildirib ki, o, fransalı həmkarı Sebastien Lekornu ilə birgə mətbuat konfransında bu əməkdaşlığın Rusiya və İranla münasibətlərdə problemə çevriləcəkmi sualına cavab verib.
Papikyan qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verənlərdən sonra müdafiə sahəsində münasibətləri şaxələndirmək lazım olduğu ortaya çıxdı:
"Biz ölkənin və erməni xalqının maraqlarına əsaslanaraq bu vəzifəni qarşımıza qoymuşuq. Qonşularımıza və müttəfiqlərimizə gəlincə, deyə bilərəm ki, bizim Fransa ilə əməkdaşlığımız üçüncü dövlətlərə qarşı yönəlməyib. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var. Fransa və İran bizim bu hüququmuza hörmətlə yanaşır, məncə, rusiyalı həmkarlarımız da buna hörmət etməlidirlər" - Papikyan bildirib.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar. Fransa Ermənistana 24 "Bastion" tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir. İrəvan bu yaxınlarda "Thales"dən üç GM200 radarı sifariş edib və "MISTRAL 3" zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır. Bundan başqa, Fransa Senatı hökuməti mümkün olduğu qədər tez "Sezar" özüyeriyən artilleriya qurğularının tədarükü imkanlarını araşdırmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.