DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan və Fransa müdafiə nazirləri İrəvanda görüşürlər

© Photo : press office of MoD of RAErmənistan və Fransa müdafiə nazirləri
Ermənistan və Fransa müdafiə nazirləri - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Lekornunun təntənəli qarşılanma mərasimi Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul və hərbi orkestrin iştirakı ilə baş tutub.
BAKI, 23 fevral — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistana rəsmi səfərə gələn Fransa müdafiə naziri Sebastyan Lekornunu qəbul edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri Suren Papikyan Ermənistana rəsmi səfərə gələn fransalı həmkarı Sebastyanı qəbul edib.
Qeyd olunur ki, Lekornunun təntənəli qarşılanma mərasimi Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul və hərbi orkestrin iştirakı ilə baş tutub.
Ermənistan və Fransanın dövlət himnləri səsləndirilib.
Bundan əvvəl Lekornu bildirib ki, bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəridir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar. Fransa Ermənistana 24 "Bastion" tipli zirehli transportyor tədarük edib, daha 26-sı isə istehsal mərhələsindədir. İrəvan bu yaxınlarda "Thales"dən üç GM200 radarı sifariş edib və "MISTRAL 3" zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır. Bundan başqa, Fransa Senatı hökuməti mümkün olduğu qədər tez "Sezar" özüyeriyən artilleriya qurğularının tədarükü imkanlarını araşdırmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0