https://sputnik.az/20240223/en-boyuk-muqavile-azerbaycanin-aldigi-pakistan-qiricilarinin-xususiyyetleri-462824029.html
Ən böyük müqavilə: Azərbaycanın aldığı Pakistan qırıcılarının xüsusiyyətləri
Ən böyük müqavilə: Azərbaycanın aldığı Pakistan qırıcılarının xüsusiyyətləri
Sputnik Azərbaycan
Azərbaycan və Pakistan arasında imzalanmış müqavilənin dəyəri 1,6 milyard dollardır. Bura təyyarə, təlim və sursatlar daxildir. 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T20:22+0400
2024-02-23T20:22+0400
2024-02-23T21:35+0400
azərbaycan
hərbi
pakistan
qırıcı
təyyarə
çin
qırıcı
bombardmançı təyyarə
metr
raket
https://cdnn1.img.sputnik.az/img/07e8/01/12/462059070_0:49:2475:1441_1920x0_80_0_0_3479e72585bf14449b3f8760b41be819.jpg
BAKI, 23 fevral — Sputnik. Pakistanın aviasiya kompleksi Azərbaycan Hərbi Hava Qüvvələri ilə ölkə tarixində ən böyük ixrac müqaviləsini imzalayıb. "Air Operations Syndicate" bu barədə xəbər verib. Belə ki, tərəflər modifikasiya olunmuş "JF-17C Blok-III"ün tədarükü barədə razılığa gəliblər. Müqavilənin dəyəri təyyarə, təlim və sursatlar daxil olmaqla 1,6 milyard dollardır. Qeyd edək ki, ötən ilin yayında iki illik danışıqlardan sonra İraq və Pakistan Bağdadın müxtəlif növ "JF-17 Thunder" təyyarələrinin alınması barədə razılığa gəliblər. Beləliklə, İraq Pakistandan bu qırıcıların alınması ilə bağlı saziş imzalayan və onu uğurla başa vuran dördüncü ölkə olub. İraq mətbuatının məlumatına görə, söhbət 664 milyon dollara 12 qırıcı təyyarənin alınmasından gedib. Əvvəllər Malayziya, Nigeriya və Myanma kimi ölkələr bu qırıcının alındıqlarını açıqlamış, Argentina da oxşar planlar barədə məlumat vermişdi. Pakistan-Çin layihəsi "JF-17 Thunder" Çin və Pakistanın birgə hazırladığı qırıcı-bombardmançıdır, eyni vaxtda 15 hava hədəfini izləmək və dörd hədəfi tutmaq qabiliyyətinə malikdir. Bu da onu, məsələn, Hindistanın "Tejas Mk.2" və Fransanın "Rafale"sindən daha effektiv edir. Bu qırıcının Çin versiyası olan "Chengdu FC-1 Xiaolong", 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Çində istehsal olunan Sovet "MiQ-21" təyyarəsi əsasında Pakistan hökumətinin maliyyə dəstəyi ilə "Chengdu Aircraft Corporation" tərəfindən yaradılıb. 2009-cu ildə Çin və Pakistan "JF-17" qırıcılarının birgə seriyalı istehsalına başlamaq üçün müqavilə bağladılar və 2011-ci ilin avqust ayına qədər Pakistanda 26 ədəd "JF-17" istehsal edildi. "JF-17 Thunder" qırıcısının uzunluğu 14,97 metr, açıq vəziyyətdə qanadlarının ölçüsü 9,46 metr, hündürlüyü isə 4,77 metrdir. Hazırda "JF-17 Block-III" "JF-17 Thunder" qırıcılarının ən son təkmilləşdirilmiş modelidir. Təyyarə "KLJ-7A" aktiv fazalı massiv antena şəbəkəsi və geniş bucaqlı holoqrafik displeylə təchiz edilib. "JF-17 Blok-III" təyyarələrinin seriya istehsalına 2020-ci ildə başlanılıb. Bu versiya digər üstünlüklərlə yanaşı, uçuş zamanı yanacaq doldurma sisteminə və uzaq məsafədən hədəfi aşkar etməyə imkan verən yenilənmiş radar sisteminə malikdir. Bundan əlavə, təyyarə kabinədə bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarəni idarə etməyi və hava döyüşü aparmağı xeyli asanlaşdırır. Təyyarə yüksək manevr və dartma qabiliyyətinə malik müasir yeni nəsil mühərriklə təchiz edilib. O, demək olar ki, dörd ton ağırlığında faydalı yük daşıyır, həmçinin qısa və orta mənzilli "hava-hava" və "hava-yer" raketləri, bombalar, gəmi və radar əleyhinə raketlər və xarici yanacaq çənləri daşıya bilər. Təyyarə iki ədəd 23 mm-lik topla təchiz olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/12/462059070_554:0:2475:1441_1920x0_80_0_0_415309d7d8e59ff440b3e834de542275.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
azərbaycan, pakistan, qırıcı, təyyarə, çin, qırıcı, bombardmançı təyyarə, metr, raket, bomba
azərbaycan, pakistan, qırıcı, təyyarə, çin, qırıcı, bombardmançı təyyarə, metr, raket, bomba
Ən böyük müqavilə: Azərbaycanın aldığı Pakistan qırıcılarının xüsusiyyətləri
20:22 23.02.2024 (Yenilənib: 21:35 23.02.2024) Azərbaycan və Pakistan arasında imzalanmış müqavilənin dəyəri 1,6 milyard dollardır. Bura təyyarə, təlim və sursatlar daxildir.
BAKI, 23 fevral — Sputnik. Pakistanın aviasiya kompleksi Azərbaycan Hərbi Hava Qüvvələri ilə ölkə tarixində ən böyük ixrac müqaviləsini imzalayıb. "Air Operations Syndicate" bu barədə xəbər verib.
Belə ki, tərəflər modifikasiya olunmuş "JF-17C Blok-III"ün tədarükü barədə razılığa gəliblər. Müqavilənin dəyəri təyyarə, təlim və sursatlar daxil olmaqla 1,6 milyard dollardır.
Qeyd edək ki, ötən ilin yayında iki illik danışıqlardan sonra İraq və Pakistan Bağdadın müxtəlif növ "JF-17 Thunder" təyyarələrinin alınması barədə razılığa gəliblər. Beləliklə, İraq Pakistandan bu qırıcıların alınması ilə bağlı saziş imzalayan və onu uğurla başa vuran dördüncü ölkə olub. İraq mətbuatının məlumatına görə, söhbət 664 milyon dollara 12 qırıcı təyyarənin alınmasından gedib.
Əvvəllər Malayziya, Nigeriya və Myanma kimi ölkələr bu qırıcının alındıqlarını açıqlamış, Argentina da oxşar planlar barədə məlumat vermişdi.
"JF-17 Thunder" Çin və Pakistanın birgə hazırladığı qırıcı-bombardmançıdır, eyni vaxtda 15 hava hədəfini izləmək və dörd hədəfi tutmaq qabiliyyətinə malikdir. Bu da onu, məsələn, Hindistanın "Tejas Mk.2" və Fransanın "Rafale"sindən daha effektiv edir.
Bu qırıcının Çin versiyası olan "Chengdu FC-1 Xiaolong", 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Çində istehsal olunan Sovet "MiQ-21" təyyarəsi əsasında Pakistan hökumətinin maliyyə dəstəyi ilə "Chengdu Aircraft Corporation" tərəfindən yaradılıb.
2009-cu ildə Çin və Pakistan "JF-17" qırıcılarının birgə seriyalı istehsalına başlamaq üçün müqavilə bağladılar və 2011-ci ilin avqust ayına qədər Pakistanda 26 ədəd "JF-17" istehsal edildi.
"JF-17 Thunder" qırıcısının uzunluğu 14,97 metr, açıq vəziyyətdə qanadlarının ölçüsü 9,46 metr, hündürlüyü isə 4,77 metrdir.
Hazırda "JF-17 Block-III" "JF-17 Thunder" qırıcılarının ən son təkmilləşdirilmiş modelidir. Təyyarə "KLJ-7A" aktiv fazalı massiv antena şəbəkəsi və geniş bucaqlı holoqrafik displeylə təchiz edilib.
"JF-17 Blok-III" təyyarələrinin seriya istehsalına 2020-ci ildə başlanılıb. Bu versiya digər üstünlüklərlə yanaşı, uçuş zamanı yanacaq doldurma sisteminə və uzaq məsafədən hədəfi aşkar etməyə imkan verən yenilənmiş radar sisteminə malikdir. Bundan əlavə, təyyarə kabinədə bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarəni idarə etməyi və hava döyüşü aparmağı xeyli asanlaşdırır.
Təyyarə yüksək manevr və dartma qabiliyyətinə malik müasir yeni nəsil mühərriklə təchiz edilib. O, demək olar ki, dörd ton ağırlığında faydalı yük daşıyır, həmçinin qısa və orta mənzilli "hava-hava" və "hava-yer" raketləri, bombalar, gəmi və radar əleyhinə raketlər və xarici yanacaq çənləri daşıya bilər. Təyyarə iki ədəd 23 mm-lik topla təchiz olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.