https://sputnik.az/20240223/ehali-sayi-3-minden-az-olan-kendlerin-belediyyesi-birlesdirilecek--komite-sedri-462832962.html
Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək – Komitə sədri
Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək – Komitə sədri
Sputnik Azərbaycan
Parlamentin Regional məsələlər komitəsinin sədri deyib ki, Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub və layihələr bələdiyyələrin... 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T14:04+0400
2024-02-23T14:04+0400
2024-02-23T14:11+0400
cəmiyyət
siyavuş novruzov
bələdiyyə
https://cdnn1.img.sputnik.az/img/41202/79/412027952_0:0:1606:904_1920x0_80_0_0_cf214d922769ca4c681cf8b8f786f9ed.jpg
BAKI, 23 fevral - Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub". Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib. Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub:“Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”. S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, digəri isə “Bələdiyyələrin statusu haqqında”dır:“Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”. Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41202/79/412027952_192:0:1419:920_1920x0_80_0_0_2513cc981d08d23829791be376ca58ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, bələdiyyə
siyavuş novruzov, bələdiyyə
Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək – Komitə sədri
14:04 23.02.2024 (Yenilənib: 14:11 23.02.2024) Parlamentin Regional məsələlər komitəsinin sədri deyib ki, Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub və layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır.
BAKI, 23 fevral - Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub". Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub:
“Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.
S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, digəri isə “Bələdiyyələrin statusu haqqında”dır:
“Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.