https://sputnik.az/20240223/deputat-azerbaycan-artiq-qlobal-oyuncu-kimi-davrana-bilir-462827848.html
Deputat: "Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir"
Deputat: "Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir"
Sputnik Azərbaycan
Deputat bildirib ki, 60-cı Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb. 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T12:04+0400
2024-02-23T12:04+0400
2024-02-23T12:15+0400
azərbaycan xəbərləri
milli məclis
münhen
prezident ilham əliyev
atət
abş
https://cdnn1.img.sputnik.az/img/42383/92/423839243_0:0:1203:677_1920x0_80_0_0_7b005025f29202257fb6d22b17d55773.jpg
BAKI, 23 fevral - Sputnik. "Prezident seçkiləri öncəsi Fransa və onun marionetlərinin, o cümlədən yerli antimilli ünsürlərinin timsalında bəzi dairələr Azərbaycana münasibətdə artan əsassız təzyiq cəhdləri fonunda Qərbin seçki nəticələrinə mənfi reaksiyalarına ümidli idi. Amma seçkidən cəmi iki gün sonra Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevin əlini sıxıb təbrik etmək üçün uzun bir növbə var idi". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında gün yarım ərzində qarşı tərəfin xahişi ilə 30-a yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və qlobal iqtisadiyyatda söz sahibi olan özəl sektor nümayəndələri ilə görüşdü:"Azərbaycan xalqı da 7 fevral seçkilərində nümayiş etdirdi ki, reallıqları çox gözəl anlayır və milli iradənin tələbi o yöndədir ki, bu kurs hələ uzun on illiklər davam edəcək" - o əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
münhen
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/92/423839243_61:0:1021:720_1920x0_80_0_0_20ca131b98238ce73a674e0d164a21cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, münhen, prezident ilham əliyev, atət, abş
milli məclis, münhen, prezident ilham əliyev, atət, abş
Deputat: "Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir"
12:04 23.02.2024 (Yenilənib: 12:15 23.02.2024) Deputat bildirib ki, 60-cı Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb.
BAKI, 23 fevral - Sputnik. "Prezident seçkiləri öncəsi Fransa və onun marionetlərinin, o cümlədən yerli antimilli ünsürlərinin timsalında bəzi dairələr Azərbaycana münasibətdə artan əsassız təzyiq cəhdləri fonunda Qərbin seçki nəticələrinə mənfi reaksiyalarına ümidli idi. Amma seçkidən cəmi iki gün sonra Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevin əlini sıxıb təbrik etmək üçün uzun bir növbə var idi". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında gün yarım ərzində qarşı tərəfin xahişi ilə 30-a yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və qlobal iqtisadiyyatda söz sahibi olan özəl sektor nümayəndələri ilə görüşdü:
"Bu, eyni zamanda Azərbaycanın antiterror tədbirlərinin ardınca yaratdığı yeni status-kvonu dünyanın təhlükəsizlik arxitekturasına qəbul etdirilməsi idi. 60-cı Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb. Hər kəs şahid oldu ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir. Prezident İlham Əliyev daxili auditoriyaya səsləndiyi ritorikanı qlobal təhlükəsizlik konturlarının müəyyən olunduğu platformalarda qoruyur. Məsələn, dövlət başçımız “Ermənistanla münasibətlərin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum olmaması”na dair Milli Məclisin tribunasından ifadə etdiyi mövqeyini, rahatlıqla ATƏT sədri, yaxud ABŞ dövlət katibi ilə görüşdə də diktə edir".
"Azərbaycan xalqı da 7 fevral seçkilərində nümayiş etdirdi ki, reallıqları çox gözəl anlayır və milli iradənin tələbi o yöndədir ki, bu kurs hələ uzun on illiklər davam edəcək" - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.