https://sputnik.az/20240223/azerbaycanin-doyus-gemileri-suustu-ve-hava-hedeflerini-mehv-etdi-462821413.html
Azərbaycanın döyüş gəmiləri suüstü və hava hədəflərini məhv etdi
Azərbaycanın döyüş gəmiləri suüstü və hava hədəflərini məhv etdi
Sputnik Azərbaycan
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə... 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T13:17+0400
2024-02-23T13:17+0400
2024-02-23T13:23+0400
azərbaycan
hərbi
təlim
hərbi dəniz qüvvələri
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462820955_0:39:1000:602_1920x0_80_0_0_9727b93fa986351e1421b0caf68b5240.jpg
BAKI, 23 fevral — Sputnik. 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərini icra edərək təyin olunmuş rayona dəniz keçidi, şərti düşmənin suüstü və hava hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra edilib. Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462820955_73:0:928:641_1920x0_80_0_0_3116252f703ed6096eddfd4f5008bdb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, təlim, hərbi dəniz qüvvələri
azərbaycan, təlim, hərbi dəniz qüvvələri
Azərbaycanın döyüş gəmiləri suüstü və hava hədəflərini məhv etdi
13:17 23.02.2024 (Yenilənib: 13:23 23.02.2024) Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətlər yerinə yetirilib.
BAKI, 23 fevral — Sputnik. 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərini icra edərək təyin olunmuş rayona dəniz keçidi, şərti düşmənin suüstü və hava hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra edilib.
Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.