https://sputnik.az/20240223/azerbaycanda-usaqlar-arasinda-qizilcayabenzer-virus-yayilib---nfeksionistden-xeberdarliq-462831777.html
Azərbaycanda uşaqlar arasında qızılcayabənzər virus yayılıb - İnfeksionistdən xəbərdarlıq!
Azərbaycanda uşaqlar arasında qızılcayabənzər virus yayılıb - İnfeksionistdən xəbərdarlıq!
Sputnik Azərbaycan
İnfeksionist bildirib ki, koksakiyə əsasən uşaqlar arasında rast gəlinir. 23.02.2024, Sputnik Azərbaycan
2024-02-23T17:23+0400
2024-02-23T17:23+0400
2024-02-23T17:23+0400
qızılca
səhiyyə
virus
həkim
infeksionist
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460978408_0:0:422:238_1920x0_80_0_0_d95c497c66045a7618b54ca64e351b9f.jpg
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda uşaqlar arasında daha bir təhlükəli, qızılcaya bənzəyən virus yayılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında 39 saylı şəhər poliklinikasının həkim-infeksionisti İlhamə Abbasova məlumat verib. O bildirib ki, "koksaki" adlandırılan bu virus hava-damcı yolu ilə yayılır. Səpgi ilə müşahidə olunduğundan, valideynlər əksər hallarda bunu qızılca ilə səhv salırlar. İnfeksionist bildirib ki, koksakiyə əsasən uşaqlar arasında rast gəlinir. O bildirib ki, hazırda koksaki ilə paralel qızılcaya yoluxan xəstələr də var. İ.Abbasovanın sözlərinə görə, ikili-üçlü viruslar isə daha da ağırlaşmaya səbəb ola bilər. O qeyd edib ki, belə uşaqlar mütləq şəkildə infeksionist nəzarəti altında olmalıdırlar. Həmçinin vurğulayıb ki, koksaki virusu zamanı da karantin müddəti gözlənilməlidir. Bu virusa yoluxan uşaqlar və böyüklər kollektiv arasına çıxmamalıdırlar. İ.Abbasova koksaki virusunun daha çox 15 yaşa qədər uşaqlarda müşahidə olunduğunu söyləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460978408_0:0:422:318_1920x0_80_0_0_5e4761117b8dd688b8613c3224e0ad96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, virus, həkim, infeksionist
qızılca, virus, həkim, infeksionist
Azərbaycanda uşaqlar arasında qızılcayabənzər virus yayılıb - İnfeksionistdən xəbərdarlıq!
Eksklüziv
İnfeksionist bildirib ki, koksakiyə əsasən uşaqlar arasında rast gəlinir.
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda uşaqlar arasında daha bir təhlükəli, qızılcaya bənzəyən virus yayılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında 39 saylı şəhər poliklinikasının həkim-infeksionisti İlhamə Abbasova məlumat verib. O bildirib ki, "koksaki" adlandırılan bu virus hava-damcı yolu ilə yayılır. Səpgi ilə müşahidə olunduğundan, valideynlər əksər hallarda bunu qızılca ilə səhv salırlar.
"Koksaki virusunu qızılcadan fərqləndirən cəhətlər xəstəliyin gedişatıdır. Koksaki virusuna yoluxma zamanı uşaqda 37-37,5 hərərət müşahidə olunur. Ağızətrafı, əl-ovuc içi, ayaq-pəncə altı, dərialtı səpgilər müşahidə olunur, ayaqda ağrılar meydana gəlir. Xəstəlik bir həftə, on gün müddətində davam edir. Qızılca xəstəliyi koksakidən onunla fərqlənir ki, qızılcaya yoluxmada yüksək hərarət, boğaz ağrısı, quru öskürəkdən dörd-beş gün sonra səpgi başlayır. Səpgi yanaq, alınətrafından başlayaraq mərhələli şəkildə digər ətraflara yayılır. Həkimlər də səpginin hansı virusun əlaməti olduğunu səpginin yayılmasına görə müəyyənləşdirirlər" - İlhamə Abbasova bildirib.
İnfeksionist bildirib ki, koksakiyə əsasən uşaqlar arasında rast gəlinir. O bildirib ki, hazırda koksaki ilə paralel qızılcaya yoluxan xəstələr də var. İ.Abbasovanın sözlərinə görə, ikili-üçlü viruslar isə daha da ağırlaşmaya səbəb ola bilər.
"Əgər xəstə yeməkdən, sudan imtina edirsə, hərarət 39-39,5 dərəcədirsə, halsızlıq, baş ağrısı şikayətləri varsa stasionara yerləşdirilməlidir. Çünki, ikili-üçlü virusa yoluxma pnevmoniya, meningit, ensefalit kimi ağırlaşmalara səbəb ola bilər" - həkim-infeksionist bildirib.
O qeyd edib ki, belə uşaqlar mütləq şəkildə infeksionist nəzarəti altında olmalıdırlar. Həmçinin vurğulayıb ki, koksaki virusu zamanı da karantin müddəti gözlənilməlidir. Bu virusa yoluxan uşaqlar və böyüklər kollektiv arasına çıxmamalıdırlar.
İ.Abbasova koksaki virusunun daha çox 15 yaşa qədər uşaqlarda müşahidə olunduğunu söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.