https://sputnik.az/20240222/yasamalda-restoran-yanib-fhn-sebebleri-arasdirir-462131165.html
Bakıdakı restoranda baş verən yanğın söndürülüb - Video
Bakıdakı restoranda baş verən yanğın söndürülüb - Video
Sputnik Azərbaycan
Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət... 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T20:40+0400
2024-02-22T20:40+0400
2024-02-22T21:31+0400
yanğın
hadisə
restoran
fhn
https://cdnn1.img.sputnik.az/img/07e8/01/01/461717321_0:0:1024:576_1920x0_80_0_0_8f6e62a033296b02621ba0dec3010f88.jpg
BAKI, 22 fevral — Sputnik. Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.20:14Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtda yanğın olan ərazidə yol polisi əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edirlər.19:53Bakıda restoranlardan birində yanğın başlayıb, avtomobillərin hərəkəti dayanıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.Belə ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.23.01.24, 10:37Yasamaldakı restoran niyə yanıb? FHN səbəbləri araşdırırBakıda restoranda yanğın olub, təndirxananın bir qismi yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi, polkovnik Rəşad Nəsirovun sözlərinə görə, Məhəmməd Xiyabani küçəsində yerləşən "Qaymaq" restoranında 09:06 radələrində yanğın olması barədə məlumat daxil olub:"Əraziyə 5 avtomobil cəlb olunub. Ehtimal olunur ki, yanğın ikimərtəbəli restoranın ikinci mərtəbəsində başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb. Yanğının səbəbi araşdırılır".***Yasamalda obyektdə yanğın söndürülüb Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən bildirilib. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/01/461717321_17:0:785:576_1920x0_80_0_0_d8fdd6f77e5186e60642fc61dd83ada5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın, restoran, fhn
Bakıdakı restoranda baş verən yanğın söndürülüb - Video
20:40 22.02.2024 (Yenilənib: 21:31 22.02.2024) Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
BAKI, 22 fevral — Sputnik. Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtda yanğın olan ərazidə yol polisi əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edirlər.
Bakıda restoranlardan birində yanğın başlayıb, avtomobillərin hərəkəti dayanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Belə ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.
Yasamaldakı restoran niyə yanıb? FHN səbəbləri araşdırır
Bakıda restoranda yanğın olub, təndirxananın bir qismi yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi, polkovnik Rəşad Nəsirovun sözlərinə görə, Məhəmməd Xiyabani küçəsində yerləşən "Qaymaq" restoranında 09:06 radələrində yanğın olması barədə məlumat daxil olub:
"Əraziyə 5 avtomobil cəlb olunub. Ehtimal olunur ki, yanğın ikimərtəbəli restoranın ikinci mərtəbəsində başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb. Yanğının səbəbi araşdırılır".
Yasamalda obyektdə yanğın söndürülüb
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən bildirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.