https://sputnik.az/20240222/usaqlara-eyni-vaxtda-bir-nece-peyvend-etdirmek-olarmi-462792091.html
Uşaqlara eyni vaxtda bir neçə peyvənd etdirmək olarmı?
Uşaqlara eyni vaxtda bir neçə peyvənd etdirmək olarmı?
Sputnik Azərbaycan
Eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur. 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T10:32+0400
2024-02-22T10:32+0400
2024-02-22T10:41+0400
səhiyyə
təbib
peyvənd
qızılca
infeksiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113711_0:161:3071:1888_1920x0_80_0_0_ece92a33ec585758857425510219cabe.jpg
BAKI, 22 fevral — Sputnik. Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur: "Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır". Qeyd edək ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113711_170:0:2901:2048_1920x0_80_0_0_a848219940db10ab3c3dbc25283ee164.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbib, peyvənd, qızılca, infeksiya
təbib, peyvənd, qızılca, infeksiya
Uşaqlara eyni vaxtda bir neçə peyvənd etdirmək olarmı?
10:32 22.02.2024 (Yenilənib: 10:41 22.02.2024) Eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur.
BAKI, 22 fevral — Sputnik. Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur:
"Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır".
Qeyd edək ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir.
Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.