https://sputnik.az/20240222/tbmm-sedri-azerbaycana-niye-gelir-462734587.html
Ukraynada Rusiya ilə bütövlükdə Qərbin müharibəsi gedir - Türkiyə parlamentinin spikeri
Ukraynada Rusiya ilə bütövlükdə Qərbin müharibəsi gedir - Türkiyə parlamentinin spikeri
Sputnik Azərbaycan
Numan Kurtulmuş deyib ki, əgər bu problem zamanında həll edilməsə, qlobal müharibəyə çevriləcək. 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T12:10+0400
2024-02-22T12:10+0400
2024-02-22T11:23+0400
türkiyə
azərbaycan xəbərləri
numan kurtulmuş
tbmm
https://cdnn1.img.sputnik.az/img/07e7/06/07/455700099_0:139:1713:1103_1920x0_80_0_0_db073b853621b4dd0f360bf127a16880.jpg
BAKI, 22 fevral — Sputnik. "Rusiya Ukrayna arasında davam edən müharibədə on minlərlə insan həlak olub. Burada böyük bir insan fəlakəti baş verir".Bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında deyib."Bu, eyni zamanda, Rusiya ilə bütövlükdə Qərbin müharibəsidir. Əgər bu problem zamanında həllini tapmasa, bunun qlobal müharibəyə çevriləcəyi aşkardır" - o əlavə edib.Numan Kurtulmuş Qəzzada baş verən son proseslərin də region baxımından ciddi narahatlıq doğurduğunu bildirib."Buna görə də sülh naminə dünyada bu cür əməkdaşlıqlara ehtiyac var. Bütün bu problemlər həllini tapmasa, qorxuram ki, qarşıdakı dönəm dünyada daha böyük silkələnməyə səbəb olacaq".19.02.24, 21:16TBMM sədri Azərbaycana gəlirTürkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək. O, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq. Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir. Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul olunacaq. Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/07/455700099_0:137:1713:1422_1920x0_80_0_0_b493dd57e8eff12defc3d5ef0e20cdd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, numan kurtulmuş, tbmm
türkiyə, numan kurtulmuş, tbmm
Ukraynada Rusiya ilə bütövlükdə Qərbin müharibəsi gedir - Türkiyə parlamentinin spikeri
Numan Kurtulmuş deyib ki, əgər bu problem zamanında həll edilməsə, qlobal müharibəyə çevriləcək.
BAKI, 22 fevral — Sputnik. "Rusiya Ukrayna arasında davam edən müharibədə on minlərlə insan həlak olub. Burada böyük bir insan fəlakəti baş verir".
Bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında deyib.
"Bu, eyni zamanda, Rusiya ilə bütövlükdə Qərbin müharibəsidir. Əgər bu problem zamanında həllini tapmasa, bunun qlobal müharibəyə çevriləcəyi aşkardır" - o əlavə edib.
Numan Kurtulmuş Qəzzada baş verən son proseslərin də region baxımından ciddi narahatlıq doğurduğunu bildirib.
"Buna görə də sülh naminə dünyada bu cür əməkdaşlıqlara ehtiyac var. Bütün bu problemlər həllini tapmasa, qorxuram ki, qarşıdakı dönəm dünyada daha böyük silkələnməyə səbəb olacaq".
TBMM sədri Azərbaycana gəlir
Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək.
O, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.
Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.