https://sputnik.az/20240222/qirmizi-denizde-britaniya-gemisi-raketle-vurulub--462801190.html
Qırmızı dənizdə Britaniya gəmisi raketlə vurulub
Qırmızı dənizdə Britaniya gəmisi raketlə vurulub
Sputnik Azərbaycan
Dəniz təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan "Ambrey" kompaniyası hücuma məruz qalan yük gəmisinin Böyük Britaniyada qeydiyyatdan keçən şirkətə məxsus... 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T17:54+0400
2024-02-22T17:54+0400
2024-02-22T17:54+0400
britaniya
dünya xəbərləri
gəmi
hərbi gəmi
qırmızı dəniz
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1c/458095684_0:119:3430:2048_1920x0_80_0_0_356ae8588409de453777a27bbb5f1db2.jpg
BAKI, 22 fevral — Sputnik. Yəmən sahillərində hücuma məruz qalan Böyük Britaniya gəmisinin göyərtəsində yanğın baş verib. Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, gəmiyə iki raket zərbəsi endirilib və nəticədə yanğın başlayıb. Dəniz təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan "Ambrey" kompaniyası hücuma məruz qalan yük gəmisinin Böyük Britaniyada qeydiyyatdan keçən şirkətə məxsus olduğunu və Palau bayrağı altında üzdüyünü bildirib. Məlumatda, həmçinin koalisiya qüvvələrinin hadisəyə reaksiya verdiyi vurğulanır. Qeyd edək ki, Qəzza sektorunda döyüşlər başlayanda Yəməndəki husilər İsrail dövləti ilə əlaqəli olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. Ötən il noyabrın ortalarından bəri onlar Qırmızı dənizdə və Ədən körfəzində onlarla gəmini atəşə tutublar. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1c/458095684_594:0:3325:2048_1920x0_80_0_0_ccaf00be3dd5ba1d1bd9cce3c8d6c183.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
britaniya, gəmi, hərbi gəmi, qırmızı dəniz
britaniya, gəmi, hərbi gəmi, qırmızı dəniz
Qırmızı dənizdə Britaniya gəmisi raketlə vurulub
Dəniz təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan "Ambrey" kompaniyası hücuma məruz qalan yük gəmisinin Böyük Britaniyada qeydiyyatdan keçən şirkətə məxsus olduğunu və Palau bayrağı altında üzdüyünü bildirib.
BAKI, 22 fevral — Sputnik. Yəmən sahillərində hücuma məruz qalan Böyük Britaniya gəmisinin göyərtəsində yanğın baş verib.
Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, gəmiyə iki raket zərbəsi endirilib və nəticədə yanğın başlayıb.
Dəniz təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan "Ambrey" kompaniyası hücuma məruz qalan yük gəmisinin Böyük Britaniyada qeydiyyatdan keçən şirkətə məxsus olduğunu və Palau bayrağı altında üzdüyünü bildirib. Məlumatda, həmçinin koalisiya qüvvələrinin hadisəyə reaksiya verdiyi vurğulanır.
Qeyd edək ki, Qəzza sektorunda döyüşlər başlayanda Yəməndəki husilər İsrail dövləti ilə əlaqəli olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. Ötən il noyabrın ortalarından bəri onlar Qırmızı dənizdə və Ədən körfəzində onlarla gəmini atəşə tutublar. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirir.