Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan MM-in sədri Nikol Paşinyanın Konstitusiya dəyişikliyi təklifinə dəstək verdi

© Photo : Milli MejlisSahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşüb
Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Sahibə Qafarova ümid edir ki, Ermənistan təxribatlardan, Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan konstitusiyasında əksini tapmış iddialarından əl çəkəcək.
BAKI, 22 fevral — Sputnik. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. 3 ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
O, bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olduğunu xatırladıb.
Spiker qeyd edib ki, sülh müqaviləsi üçün danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər üzrə əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər:
"Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəflərin iştirakından çəkinəcək və Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında əksini tapmış iddialarından əl çəkəcək, sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır".
22.01.24, 20:22
Paşinyanın sözünə qüvvət: Ermənistana yeni Konstitusiya niyə lazımdır?
"Ermənistan Respublikasının yeni konstitusiyaya ehtiyacı var". Bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkənin Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.
Onun sözlərinə görə, bu məsələ geniş müzakirə mövzusu olmalıdır: "Ermənistan Konstitusiyaya düzəlişlər deyil, yeni Konstitusiya lazımdır. Ölkə Ermənistan xalqı tərəfindən səsvermə nəticəsində qəbul edilən, şübhə yaratmayan Konstitusiyaya sahib olmalıdır".
© Sputnik / Асатур ЕсаянцNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Nikol Paşinyan
Tarixçi və politoloq Oleq Kuznetsov bildirir ki, Ermənistan Konstitusiyasının mövcud forması dəyişdirilmədən Qarabağın Azərbaycan ərazisinin bir hissəsi kimi tanınması ilə bağlı Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz:
"Adamda belə bir təəssürat yaranır ki, müasir Ermənistan öz dövlət-hüquq strukturunda Qarabağa sahib olmaq və onun ərazilərini Ermənistanın tərkibinə daxil etməkdən ötrü Azərbaycanla müharibə üçün xüsusi olaraq yaradılıb. Nə qədər ki, vəziyyət bu şəkildə davam edir, Ermənistanın heç bir siyasətçisi və rəhbərliyi avtomatik olaraq dövləti cinayətkara və öz dövlətinin xaininə çevrilmədən Qarabağın Azərbaycana aid olması şərtlərini qəbul edərək Azərbaycanla sülh müqaviləsi bağlaya bilməz. Bu, Ermənistan rəhbərlərinə artıq dəyişmiş və obyektiv surətdə mövcud olan geosiyasi və hərbi-siyasi reallıqlar fonunda Azərbaycan rəhbərliyi ilə adekvat danışıqlar aparmağa imkan verməyən mühüm prinsipial vəziyyətdir".
Kuznetsov qeyd edir ki, indiki vəziyyətdə Paşinyan müharibə ilə sülh arasında seçim edib: "Cənubi Qafqaz regionunda sülh, dövlət sərhədi və ticarət-iqtisadi yolların açılması ilə bağlı Azərbaycanla obyektiv danışıqlara başlamaq üçün o, seçim etməli oldu. Ya 1990-91-ci illərdə, müvafiq olaraq, Müstəqillik Bəyannaməsi və ölkə Konstitusiyasının qəbul edildiyi vaxtlarda erməni dövlətçiliyinin əsasını qoymuş erməni millətçiliyinin əsaslarını aradan qaldıraraq yuxarıdan Konstitusiya islahatı aparmalı, ya da Bakı ilə İrəvan arasında növbəti müharibə olacağını gözləməli idi. Əgər Paşinyan Konstitusiya islahatını apara bilsə, o zaman o, vaxtilə Fransanı beşinci respublikaya çevirmiş Şarl de Qoll kimi qlobal siyasi xadimlərlə bərabər səviyyədə dayanacaq".
© Sputnik / Murad OrujovOleq Kuznetsov
Российский политолог Олег Кузнецов - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Oleq Kuznetsov
Rusiyalı politoloq deyir ki, Konstitusiya dövlətin əsasıdır. Lakin əgər o, sağlam düşüncəyə və sosial tərəqqiyə ziddirsə, cəmiyyətlə hakimiyyət, əhali ilə dövlət arasında sosial müqaviləni ifadə etmirsə, xalqın maraqlarına cavab vermək üçün dəyişməlidir.
"Mən Nikol Paşinyanın hərəkətlərinin davamlı tənqidçisi olaraq qalıram, çünki o, Cənubi Qafqaz və xalqı üçün çoxlu mənfi işlər görüb. Lakin bu halda onu dəstəkləyirəm. Bu, regionda hələ də mövcud olan və Qarabağla bağlı geosiyasi problemlərin ciddi Qordi düyününü kəsməyə imkan verəcək ağlabatan və cəsarətli addımdır. Bundan sonra bütün bölgə rahat nəfəs alacaq. Onda Cənubi Qafqazda ciddi geosiyasi transformasiyalar üçün real, təkcə siyasi deyil, həm də prinsipial əhəmiyyətli olan siyasi və hüquqi perspektivlər açılacaq".
Politoloq İlqar Vəlizadə isə bildirib ki, Paşinyanın əsas məqsədi müxalifətin hər vasitə ilə yenidən hakimiyyəti ələ keçirmək istəyini yerlə-yeksan etməkdir.
© Sputnik / Murad Orujovİlqar Vəlizadə
Руководитель клуба политологов Южный Кавказ Ильгар Велизаде - Sputnik Azərbaycan, 1920, 22.01.2024
İlqar Vəlizadə
"Ölkənin əvvəlki hakimiyyətinin öz maraqlarına uyğun hazırladığı Konstitusiya hakimiyyətə ölkənin Əsas Qanununa kifayət qədər müraciət etməyə imkan vermir. Ermənistanın əsas müxalifət qüvvələri - biz onları revanşist adlandırırıq - birbaşa ərazi iddiaları məsələsinə istinad edən preambula əsasında Paşinyanı və indiki hakimiyyəti satqın hesab edirlər. Paşinyan Konstitusiyanın bu müddəalarını aradan qaldırmaqla eyni vaxtda Bakı və Ankara ilə dialoqa şərait yaradır. O, Konstitusiyanın müddəalarını pozmadan sülh müqaviləsinin imzalanması üçün siyasi-hüquqi şərait yaradır, digər tərəfdən isə Konstitusiyanın müddəaları əsasında revanşizmi təbliğ edənləri bundan məhrum edir".
Xəbər lenti
0