https://sputnik.az/20240222/pasinyanin-istefasini-teleb-edenler-siyasi-klounluq-edir---millet-vekili-462786893.html
Paşinyanın istefasını tələb edənlər siyasi klounluq edirlər - Millət vəkili
Paşinyanın istefasını tələb edənlər siyasi klounluq edirlər - Millət vəkili
Sputnik Azərbaycan
Politoloq deyir ki, müharibədə məğlub olmaq uğursuzluq idisə, Nikol Paşinyan dörd il hakimiyyətdə qalmamalı idi, çoxdan onu devirməli idilər. 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T10:05+0400
2024-02-22T10:05+0400
2024-02-22T10:19+0400
ermənistanın baş naziri nikol paşinyan
təhlil
kloun
klounlar
istefa
istefa
ermənistan
arzu nağıyev
arzu nağıyev
politoloq arzu nağıyev
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_0:137:3156:1912_1920x0_80_0_0_e92553385f69a25f1d2c52beb189c727.jpg
BAKI, 22 fevral — Sputnik. İrəvanın mərkəzindəki Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçirilib. Ermənistanda Qarabağ kartından istifadə etməyə çalışan revanşistlərin aktivliyinin artması Ermənistan iqtidarını da narahat etməyə bilməz. Ekspertlər Ermənistan hakimiyyətində müşahidə olunan daxili təlatümlərin revanşistlərin aktivliyinin artmasında önəmli rol oynadığını qeyd edirlər. Bununla belə, Ermənistan cəmiyyətində revanşizm iddiaları ilə çıxış edən separatçıların hakimiyyətə qarşı demarşının müvəffəqiyyət qazanacağı şübhəlidir. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a danışıblar. Yeganə Hacıyeva bildirir ki, Paşinyan müharibəni uduzsa da, revanşistlərin ən güclü olduğu vaxtda seçkilərdə hakimiyyətinin legitimliyini təmin edə bilib: "Bu göstərir ki, Paşinyan Ermənistan cəmiyyətini yetərincə yaxşı tanıyır. Digər tərəfdən ortaya çıxdı ki, Ermənistan cəmiyyəti təqdim edildiyi qədər də patriot deyilmiş. Üçüncü məqam isə Ermənistanda Qarabağ gündəliyinin lobbi tərəfindən diqtə olunduğunu göstərdi. Müharibədə məğlub olmaq uğursuzluq idisə, Nikol Paşinyan dörd il hakimiyyətdə qalmamalı idi, çoxdan onu devirməli idilər". Politoloqun sözlərinə görə, Qarabağ kartı lobbiyə görə, erməni xalqını istifadə etmək üçün mexanizm idi: "Paşinyanın dövründə Qarabağ klanının hakimiyyəti dövründəki kimi Ermənistan cəmiyyətinə şiddət tətbiq olunmayıb. Paşinyan Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarı deyil. Ermənistanda baş verənləri Cənubi Qafqazda baş verən proseslərlə paralel müzakirə etmək lazımdır. Bunu belə ifadə edə bilərik ki, Ermənistan daxilindəki proseslər kənar qüvvələrin Cənubi Qafqaz uğrundakı mübarizəsinin bir parçasıdır. "Bu gün Rusiyanın 102-ci hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin edir. KTMT üzvü olmaq Ermənistanın dövlət olaraq müdafiəsini təşkil edir. Bu gün Ermənistan ərazisində Rusiyadan başqa Aİ-nin hərbiləşdirilmiş missiyası var. Paralel olaraq Kanadanın hərbi misisyası var ki, onlar burada kamuflyaj olunublar. Bundan başqa, ABŞ-ın Ermənistan gömrük təhlükəsizliyinin təmin olunması ilə bağlı hərbi qrupları var. Bu gün Ermənistanda Qərb adlandırdığımız qüvvələrin mövcudluğu mövcud aktivliyin hərəkətverici qüvvəsi kimi dəyərləndirilə bilər" – politoloq qeyd edib. Millət vəkili Arzu Nağıyev isə deyir ki, Paşinyan həm Rusiya, həm də Qərblə ikili siyasət yürüdür: "Paşinyan iqtidarı da dərk edir ki, Rusiya ilə bütün körpüləri yandırmaq bu ölkə üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan Qərbdən gələn təzyiqlər fonunda Rusiya ilə konfrontasiyadan uzaq durmağa çalışır. Paşinyan sülh müqaviləsinin tezliklə imzalanmasını istəyərdi, çünki onların istəyindən asılı olmayaraq Orta Dəlizin fəaliyyəti təmin edilməlidir. Ermənistan gərginlik hökm sürsə də, Paşinyanın istefa verəcəyini düşünmürəm". "Ermənistanda aranı qarışdırmağa çalışan qüvvələrin bu ölkə cəmiyyətindəki nüfuzuna Azərbaycanla yaşanan hərbi toqquşmalar prizmasından baxa bilərik. Paşinyan hakimiyyətini xəyanatda ittiham edən revanşistlərin heç bir perspektivi yoxdur. Ermənistanda qondarma qurumu yad edən revanşistlərin ümidsiz çırpınışları siyasi səhnədə baş verən klounluqdan başqa bir şey deyil. Reallığı qəbul etmək erməni revanşistləri üçün çətin olsa da, məncə ən məqbuludur. Çünki Azərbaycanla yeni bir hərbi toqquşma xəyalına düşmək onların arzularını sahibsiz qoya bilər" – millət vəkili bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_213:0:2944:2048_1920x0_80_0_0_a02b888726544eab26c9476f29639f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, kloun, klounlar, istefa, istefa, ermənistan, arzu nağıyev, arzu nağıyev, politoloq arzu nağıyev, millət vəkili
ermənistanın baş naziri nikol paşinyan, kloun, klounlar, istefa, istefa, ermənistan, arzu nağıyev, arzu nağıyev, politoloq arzu nağıyev, millət vəkili
Paşinyanın istefasını tələb edənlər siyasi klounluq edirlər - Millət vəkili
10:05 22.02.2024 (Yenilənib: 10:19 22.02.2024) Politoloq deyir ki, müharibədə məğlub olmaq uğursuzluq idisə, Nikol Paşinyan dörd il hakimiyyətdə qalmamalı idi, çoxdan onu devirməli idilər.
BAKI, 22 fevral — Sputnik. İrəvanın mərkəzindəki Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçirilib.
Ermənistanda Qarabağ kartından istifadə etməyə çalışan revanşistlərin aktivliyinin artması Ermənistan iqtidarını da narahat etməyə bilməz. Ekspertlər Ermənistan hakimiyyətində müşahidə olunan daxili təlatümlərin revanşistlərin aktivliyinin artmasında önəmli rol oynadığını qeyd edirlər. Bununla belə, Ermənistan cəmiyyətində revanşizm iddiaları ilə çıxış edən separatçıların hakimiyyətə qarşı demarşının müvəffəqiyyət qazanacağı şübhəlidir.
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a danışıblar.
Yeganə Hacıyeva bildirir ki, Paşinyan müharibəni uduzsa da, revanşistlərin ən güclü olduğu vaxtda seçkilərdə hakimiyyətinin legitimliyini təmin edə bilib: "Bu göstərir ki, Paşinyan Ermənistan cəmiyyətini yetərincə yaxşı tanıyır. Digər tərəfdən ortaya çıxdı ki, Ermənistan cəmiyyəti təqdim edildiyi qədər də patriot deyilmiş. Üçüncü məqam isə Ermənistanda Qarabağ gündəliyinin lobbi tərəfindən diqtə olunduğunu göstərdi. Müharibədə məğlub olmaq uğursuzluq idisə, Nikol Paşinyan dörd il hakimiyyətdə qalmamalı idi, çoxdan onu devirməli idilər".
Politoloqun sözlərinə görə, Qarabağ kartı lobbiyə görə, erməni xalqını istifadə etmək üçün mexanizm idi: "Paşinyanın dövründə Qarabağ klanının hakimiyyəti dövründəki kimi Ermənistan cəmiyyətinə şiddət tətbiq olunmayıb. Paşinyan Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarı deyil. Ermənistanda baş verənləri Cənubi Qafqazda baş verən proseslərlə paralel müzakirə etmək lazımdır. Bunu belə ifadə edə bilərik ki, Ermənistan daxilindəki proseslər kənar qüvvələrin Cənubi Qafqaz uğrundakı mübarizəsinin bir parçasıdır.
"Bu gün Rusiyanın 102-ci hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin edir. KTMT üzvü olmaq Ermənistanın dövlət olaraq müdafiəsini təşkil edir. Bu gün Ermənistan ərazisində Rusiyadan başqa Aİ-nin hərbiləşdirilmiş missiyası var. Paralel olaraq Kanadanın hərbi misisyası var ki, onlar burada kamuflyaj olunublar. Bundan başqa, ABŞ-ın Ermənistan gömrük təhlükəsizliyinin təmin olunması ilə bağlı hərbi qrupları var. Bu gün Ermənistanda Qərb adlandırdığımız qüvvələrin mövcudluğu mövcud aktivliyin hərəkətverici qüvvəsi kimi dəyərləndirilə bilər" – politoloq qeyd edib.
Millət vəkili Arzu Nağıyev isə deyir ki, Paşinyan həm Rusiya, həm də Qərblə ikili siyasət yürüdür: "Paşinyan iqtidarı da dərk edir ki, Rusiya ilə bütün körpüləri yandırmaq bu ölkə üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan Qərbdən gələn təzyiqlər fonunda Rusiya ilə konfrontasiyadan uzaq durmağa çalışır. Paşinyan sülh müqaviləsinin tezliklə imzalanmasını istəyərdi, çünki onların istəyindən asılı olmayaraq Orta Dəlizin fəaliyyəti təmin edilməlidir. Ermənistan gərginlik hökm sürsə də, Paşinyanın istefa verəcəyini düşünmürəm".
"Ermənistanda aranı qarışdırmağa çalışan qüvvələrin bu ölkə cəmiyyətindəki nüfuzuna Azərbaycanla yaşanan hərbi toqquşmalar prizmasından baxa bilərik. Paşinyan hakimiyyətini xəyanatda ittiham edən revanşistlərin heç bir perspektivi yoxdur. Ermənistanda qondarma qurumu yad edən revanşistlərin ümidsiz çırpınışları siyasi səhnədə baş verən klounluqdan başqa bir şey deyil. Reallığı qəbul etmək erməni revanşistləri üçün çətin olsa da, məncə ən məqbuludur. Çünki Azərbaycanla yeni bir hərbi toqquşma xəyalına düşmək onların arzularını sahibsiz qoya bilər" – millət vəkili bildirib.