https://sputnik.az/20240222/genc-serhedciler-and-icdiler---vdeo-462800869.html
Gənc sərhədçilər and içdilər - VİDEO
Gənc sərhədçilər and içdilər - VİDEO
Sputnik Azərbaycan
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda... 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T17:00+0400
2024-02-22T17:00+0400
2024-02-22T17:00+0400
hərbi
dövlət sərhəd xidməti
hərbi andiçmə
andiçmə mərasimi
elçin quliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444695324_0:71:1368:841_1920x0_80_0_0_2297ef6946d9a94c28bea1acdbdf5b95.jpg
BAKI, 22 fevral — Sputnik. Fevralın 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-nın mətbuat xidmətindən bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimində ölkəmizin yeni müasir inkişaf mərhələsində vüsətli tərəqqisi üçün qarşıya qoyduğu önəmli vəzifələrdən biri kimi dövlət sərhədlərimizin daha da güclü qorunmasının vacibliyi şəxsi heyətin diqqətinə çatdırılıb. Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb. Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər. Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444695324_76:0:1292:912_1920x0_80_0_0_85ca596ef08cab09cbaadbe6f66d5a44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət sərhəd xidməti, hərbi andiçmə, andiçmə mərasimi, elçin quliyev
dövlət sərhəd xidməti, hərbi andiçmə, andiçmə mərasimi, elçin quliyev
Gənc sərhədçilər and içdilər - VİDEO
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
BAKI, 22 fevral — Sputnik. Fevralın 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nın mətbuat xidmətindən bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib.
Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimində ölkəmizin yeni müasir inkişaf mərhələsində vüsətli tərəqqisi üçün qarşıya qoyduğu önəmli vəzifələrdən biri kimi dövlət sərhədlərimizin daha da güclü qorunmasının vacibliyi şəxsi heyətin diqqətinə çatdırılıb.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.