DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa bu gün Ermənistana növbəti silah partiyasını göndərəcək

© AFP 2024 / DANIEL MIHAILESCUGround Master 200
Ground Master 200 - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Silah partiyasının nəqli 2023-cü ilin oktyabrında Ermənistan və Fransa arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq haqqında saziş əsasında həyata keçiriləcək.
BAKI, 22 fevral — Sputnik. Fransa fevralın 22-də Ermənistana müdafiə təyinatlı silah göndərəcək.
Bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Silah təchizatına 250 kilometr məsafədə təyyarələri aşkar etməyə imkan verən üç Ground Master radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbin daxildir.
Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsində Fransa ordusunun bu il erməni hərbi qulluqçuları üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur.
23 oktyabr 2023-cü ildə Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu arada Fransanın müdafiə naziri Sebastyan Lekornu RTL radiosuna müsahibəsində tezliklə Ermənistana səfər edəcəyini bildirib. Lekornu RTL radiosunda deyib ki, yaxın vaxtlarda parlamentarilər və istehsalçılardan ibarət böyük nümayəndə heyəti ilə Ermənistana gedəcək.
O bildirib ki, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir. Onun sözlərinə görə, Ermənistan ciddi təhlükəsizlik problemləri, suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üzləşib.
"Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır" - o qeyd edib.
Lekornunun sözlərinə görə, söhbət yer-hava müdafiəsi və zirehli maşınların təmin edilməsindən gedir, lakin bunlar sırf müdafiə məqsədləri üçündür.
Bir gün əvvəl Parisdə Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılıb.
Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.
İrəvan 2023-cü ildə Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə respublikaya gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Sebastyan Lekornu bəyan edib ki, Paris Ermənistana üç "Ground Master 200 "(GM200) radar sistemi satmaq niyyətindədir. Lekornu əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək.
Xəbər lenti
0