https://sputnik.az/20240222/ermenistanin-texribati-sulh-prosesine-zerbe-vurmaq-meqsedi-dasiyir---ceyhun-bayramov-462806747.html
Ermənistanın təxribatı sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır - Ceyhun Bayramov
Ermənistanın təxribatı sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi... 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T18:44+0400
2024-02-22T18:44+0400
2024-02-22T18:44+0400
ceyhun bayramov
siyasət
toivo klaar
toyvo klaar
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/16/462806573_0:308:3072:2036_1920x0_80_0_0_b1418f59e87ab8b6299aea2a275d3b39.jpg
BAKI, 22 fevral — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər. XİN başçısı uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. "Sülh sazişi layihəsinə gəldikdə Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir",-deyə məlumatda qeyd olunub. Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/16/462806573_167:0:2898:2048_1920x0_80_0_0_89904ae3a823d015f31358d3d5d2fe10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, toivo klaar, toyvo klaar, ermənistan
ceyhun bayramov, toivo klaar, toyvo klaar, ermənistan
Ermənistanın təxribatı sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır - Ceyhun Bayramov
Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.
BAKI, 22 fevral — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.
XİN başçısı uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
"Sülh sazişi layihəsinə gəldikdə Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir",-deyə məlumatda qeyd olunub.
Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.