SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan XİN rəsmisi: Azərbaycanla sülh müqaviləsinin mətnini müzakirə edəcəyik

© iStock.com / Oleksandr FilonAzərbaycan və Erməinstan bayraqları
Azərbaycan və Erməinstan bayraqları - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Vahan Kostanyan deyib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir.
BAKI, 22 fevral - Sputnik. Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq”.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
O, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib və əlavə edib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir:
V.Kostanyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır:
“Bu yaxınlarda Münxendə Ermənistan və Azərbaycan liderləri arasında görüşün baş tutmasını müsbət hesab etmək olar, lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda əldə edilmiş razılaşmalara keçməliyik”.
Xəbər lenti
0