CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd il əvvəl itkin düşən qızla bağlı şok məlumatlar: atası onu doğrayıb, ya kanala atıb?

© Depositphotos.com / Velkolİnsan əlləri
İnsan əlləri - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Əvvəl Nərgiz Nəcəfovanın atası Şikar Nəcəfov tərəfindən 4 il əvvəl öldürülərək həyatyanı sahədə basdırılmasına şübhələr yaransa da, sonra bu, təsdiqini tapmayıb.
BAKI, 22 fevral — Sputnik. Ağdamda 4 il əvvəl itkin düşən qızın atası istintaq tərəfindən dindirilir. Onun öz övladını öldürərək ərazidəki kanala atdığına dair şübhələr yaranıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yeni İmamqulubəyli qəsəbəsinin icra nümayəndəsi Vüsal Məmmədov bildirib. O, deyib ki, 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan sonra ailəsi onun itkin kimi polisdə axtarılması üçün müraciət edib. Əvvəl Nərgiz Nəcəfovanın atası Nəcəfov Şikar Süleyman oğlu tərəfindən 4 il əvvəl öldürülərək həyatyanı sahədə basdırılmasına şübhələr yaransa da, sonra bu, təsdiqini tapmayıb. Onun öldürülərək kanala atıldığı iddia olunur.
"Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qızın atası istintaqa çağırılaraq dindirilir. Şikar Nəcəfov taksi fəaliyyəti ilə məşğul olur. Nərgiz onun birinci nikahından dünyaya gələn övladıdır. Həyat yoldaşından boşandıqdan sonra ailəsinin yanına qayıdıb. Ailə sakit ailə kimi tanınır. Nərgizin atası Şikar Nəcəfov birinci ailəsindən ayrıldıqdan sonra yenidən ailə qurub. Hər şey istintaq başa çatdıqdan sonra bəlli olacaq. İllərdir polis tərəfindən Nərgizin axtarışları davam etdirilir. Onun bir azyaşlı övladı da var" - icra nümayəndəsi bildirib.
V. Məmmədov onu da deyib ki, N. Nəcəfovanı atasının öldürməsinə şübhələr Şikar Nəcəfovun arvadının bu barədə etirafından sonra yaranıb:
"Eşitdiyimizə görə, Nərgizin analığı haradasa qızın atası tərəfindən öldürülərək doğranılıb basdırıldığını söyləyib. O, bu işdə həyat yoldaşına köməklik etdiyini də deyib. Bundan sonra polis Şikar Nəcəfovu şübhəli şəxs qismində saxlayıb. Hazırda o, polis nəzarəti altında, saxlanma məntəqəsində saxlanılır".
Xəbər lenti
0