SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın sədrliyi dövründə APA çiçəklənəcək - Məhəmməd Rza Məcidi

© AP Photo / Sergei GritsBakı
Bakı - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək.
BAKI, 22 fevral — Sputnik. Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilib.
40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikerinin iştirak etdiyi mərasimi Asiya Parlament Assambleyasının (APA) Baş katibi Məhəmməd Rza Məcidi açıb.
Baş katib növbəti iki il ərzində Assambleyaya sədrlik edəcək Azərbaycan Parlamentinə uğurlar arzu edib:
"Əminəm ki, Azərbaycan Milli Məclisinin dinamik rəhbərliyi ilə APA qarşıdakı iki ildə daha da çiçəklənəcək".
Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuş regionu narahat edən bir sıra məsələlərə diqqət çəkərək bu yöndə birlik və davamlılığın qorunmasının vacibliyini qeyd edib.
O, daha sonra Assambleyaya sədrlik səlahiyyətlərini Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafaroya təqdim edib.
Çıxış edən Milli Məclisin spikeri Sahibə Qafarova da öz növbəsində Asiya Parlament Assableyasının qarşıdakı illərdə diqqət çəkməli olduğu bir sıra məsələlər barədə fikrini ifadə edib.
Spiker Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq, sülh naminə ölkəmizin təşəbbüs göstərdiyini xüsusilə vurğulayıb.
"Ümid edirik ki, Ermənistan Azərbaycanın ərazilərinə olan iddiasından əl çəkəcək və bütün bunları konstitusiya üzərində də təmin edəcək".
Daha sonra İraq, Şri-Lanka, Tacikistan, Oman, Tayland, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Qətər kimi ölkələrin parlament sədləri, sədr müavinləri, parlament nümayəndələri çıxış ediblər.
Çıxışlarda daha çox Asiya Parlament Assambleyasının prioritetlərinə toxunaraq birlik və davamlılığın qorunmasına diqqət çəkiblər.
Bu mənada, Assambleya daxilində təcrübə mübadiləsi üçün davamlı tədbirlərin təşkili təklif edilib. Qeyd olunub ki, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizlik və sabitliyə nail olmaq üçün təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi mütləqdir.
Eləcə də regionda sülh və əmin-amanlığın bərpa edilməsi istiqamətində atılacaq addımların vacibliyi xüsusilə vurğulanıb.
Assambleya günün ikinci yarısında keçiriləcək plenar sessiyalarla öz işinə davam edəcək.
***
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürür.
Bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir.
S.Qafarova qeyd edib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamafobiya kimi günümüzün aktual problemləri də Asiya regionuna mənfi təsir göstərir:
"Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək-tək yox, yalnız birgə səylərlə kollektiv şəkildə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Təbii, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq hesab edirəm ki, regionumuz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir".
Spiker vurğulayıb ki, Asiya regionunun coğrafiyası, demoqrafiyası, mədəniyyəti və din müxtəlifliyi ölkələrimizi və xalqlarımızı bir-birindən ayırmır: "Əksinə, bu müxtəlifliklər onları zənginləşdirir və daha da yaxınlaşdırır. Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformadır".
Qeyd edək ki, Asiya Parlament Assambleyasına sədrliyi Türkiyə edirdi.
***
Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilir.
Sessiya "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunub.
Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.
Xəbər lenti
0