https://sputnik.az/20240222/azerbaycanda-okx-ve-bybit-kriptobirjalarina-giris-mehdudlasdirilib-462797514.html
Azərbaycanda "OKX" və "ByBit" kriptobirjalarına giriş məhdudlaşdırılıb
Azərbaycanda "OKX" və "ByBit" kriptobirjalarına giriş məhdudlaşdırılıb
Sputnik Azərbaycan
Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq... 22.02.2024, Sputnik Azərbaycan
2024-02-22T14:40+0400
2024-02-22T14:40+0400
2024-02-22T14:55+0400
azərbaycan
cəmiyyət
kriptovalyuta
https://cdnn1.img.sputnik.az/img/07e5/01/13/425994592_0:320:3072:2048_1920x0_80_0_0_f4f30648515b3cae43438e0698699e88.jpg
BAKI, 22 fevral — Sputnik. Azərbaycanda "OKX" və "ByBit" kriptobirjalarına giriş məhdudlaşdırılıb. Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. "Qanunvericiliyin tələblərinə əsasən, "OKX" və "ByBit" kriptobirjalarına ölkə səviyyəsində giriş məhdudlaşdırılıb. Buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır" - məlumatda qeyd olunub. Kriptovalyuta birjaları Qeyd edək ki, kriptovalyuta birjaları – rəqəmsal valyutaların bir-biri ilə mübadiləsi və ticarətini həyata keçirən elektron platformalardır. Bu platformalarda həmçinin rəqəmsal valyutaları real dünya valyutalarına mübadilə etmək mümkündür. Kriptovalyuta bazarları ənənəvi valyuta bazarlarından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırkı inkişaf mərhələsində kriptovalyutaların arxasında heçnə dayanmır və heç bir dövlət tərəfindən dəstəklənmir. Bununla belə bu faktor milyonlarla insanın kriptovalyuta ticarətindən qazanmağına da mane olmur. 2009-cu ildə ilk kriptovalyutanın yaranmasından sonra bazar iştirakçıları öz aralarında yeni valyutanın mübadiləsindən və məzənnə fərqindən qazanmaq imkanlarını nəzərdən keçirməyə başlayıblar. Kriptovalyutaya tələbin artması ilə paralel olaraq 2011-ci ildən onların mübadiləsi üçün onlayn platforma - birjalar yaranmağa başlayıb. Hazırda 400-dən çox kirptovalyuta birjaları mövcuddur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/13/425994592_198:0:2929:2048_1920x0_80_0_0_7a7b0cc021f38137ac019689258496ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, kriptovalyuta
azərbaycan, kriptovalyuta
Azərbaycanda "OKX" və "ByBit" kriptobirjalarına giriş məhdudlaşdırılıb
14:40 22.02.2024 (Yenilənib: 14:55 22.02.2024) Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır.
BAKI, 22 fevral — Sputnik. Azərbaycanda "OKX" və "ByBit" kriptobirjalarına giriş məhdudlaşdırılıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
"Qanunvericiliyin tələblərinə əsasən, "OKX" və "ByBit" kriptobirjalarına ölkə səviyyəsində giriş məhdudlaşdırılıb. Buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır" - məlumatda qeyd olunub.
Qeyd edək ki, kriptovalyuta birjaları – rəqəmsal valyutaların bir-biri ilə mübadiləsi və ticarətini həyata keçirən elektron platformalardır. Bu platformalarda həmçinin rəqəmsal valyutaları real dünya valyutalarına mübadilə etmək mümkündür.
Kriptovalyuta bazarları ənənəvi valyuta bazarlarından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırkı inkişaf mərhələsində kriptovalyutaların arxasında heçnə dayanmır və heç bir dövlət tərəfindən dəstəklənmir. Bununla belə bu faktor milyonlarla insanın kriptovalyuta ticarətindən qazanmağına da mane olmur.
2009-cu ildə ilk kriptovalyutanın yaranmasından sonra bazar iştirakçıları öz aralarında yeni valyutanın mübadiləsindən və məzənnə fərqindən qazanmaq imkanlarını nəzərdən keçirməyə başlayıblar. Kriptovalyutaya tələbin artması ilə paralel olaraq 2011-ci ildən onların mübadiləsi üçün onlayn platforma - birjalar yaranmağa başlayıb. Hazırda 400-dən çox kirptovalyuta birjaları mövcuddur.