Tarixdə bu gün: 21 fevral – FOTO
© Sputnik / Elnur Salayev21 fevral
© Sputnik / Elnur Salayev
Abunə olmaq
TarixBu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 21 fevral — Sputnik. Fevralın 21-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 21-də kimlər dünyaya gəlib?
Böyükağa Mirzəzadə (1921-2007) - Azərbaycan SSR xalq rəssamıdır. Onun yaradıcılığında Azərbaycan incəsənət ustalarının "Dirijor Niyazi", "Balerina Rəfiqə Axundova", "Akademik Məmməd Arif", "Aşıq Ələsgər", "Şəmsi Bədəlbəyli" portretləri silsiləsi xüsusi yer tutur.
© Photo : Mübariz Q. NağıyevBöyükağa Mirzəzadə
Böyükağa Mirzəzadə
© Photo : Mübariz Q. Nağıyev
Pyotr Konçalovski (1876-1956) - rusiyalı və sovet rəssamı, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) xalq rəssamıdır.
© SputnikPyotr Konçalovski
Pyotr Konçalovski
© Sputnik
Vera Alentova (1942) - Sovet və Rusiyanın teatr və kino aktrisası, Rusiya Federasiyasının xalq artistidir. O, rejissor Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" bədii filminin nümayişindən sonra şöhrət qazanıb.
Alan Rikman (1946-2016) - ingilis aktyoru və rejissorudur. Aktyor "Qızıl Qlobus" və "Emmi" mükafatlarının qalibidir.
© AP Photo / Joel Ryan/InvisionAlan Rikman
Alan Rikman
© AP Photo / Joel Ryan/Invision
Nikolay Rastorquyev (1957) - sovet və rusiyalı musiqiçisi, Rusiya Federasiyasının xalq artisti, deputat və "Lyube" qrupunun rəhbəridir.
© Sputnik / Виктор ТолочкоNikolay Rastorquyev
Nikolay Rastorquyev
© Sputnik / Виктор Толочко
Sofi Törner (1996) – ingiltərənin teatr və kino aktrisasıdır. O, "Taxt-tac oyunları" serialındakı Sansa Stark rolu ilə məşhurlaşıb.
© © Rich Fury / Getty Images / AFPSofi Törner
Sofi Törner
© © Rich Fury / Getty Images / AFP
Fevralın 21-də dünyada baş verən tarixi hadisələr
1804-cü ildə İngiltərədə Riçard Trevitik tərəfindən ixtira edilən buxarla işləyən dəmir yolu paravozunun ilk uğurlu sınaqları baş tutub.
© Sputnik / Антон Буценко / Mediabanka keçidFinist qatarının buraxılışı - Lastochka-nın ilk tamamilə idxalı əvəz edən analoqu
Finist qatarının buraxılışı - Lastochka-nın ilk tamamilə idxalı əvəz edən analoqu
© Sputnik / Антон Буценко
/ 1811-ci ildə ingilis kimyaçısı Hemfri Devi kəşf etdiyi qazın - xlorun xüsusiyyətləri haqqında məlumat verib.
1842-ci ildə amerikalı Con Qrinou tikiş maşını üçün ABŞ-ın ilk patentini alıb.
© Sputnik / Irade JELILDərzi Etibar Əliyevin tikiş maşını.
Dərzi Etibar Əliyevin tikiş maşını.
© Sputnik / Irade JELIL
1878-ci ildə ABŞ-da, Nyu-Heyven şəhərində (Konnektikut ştatı) dünyanın ilk telefon məlumat kitabçası nəşr olunub. Bu kitabçada telefonları olan 50 fiziki şəxs, müəssisə və digər ofislər bardə məlumatlar qeyd edilib.
1996-cı ildə Azərbaycanda AR Prezidenti yanında Hüquq İslahatlar Komissiyası yaradılıb.
1999-cu ildə Banqladeş hökumətinin təşəbbüsü ilə UNESCO fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Bu tarixin təsis edilməsində məqsəd dil və mədəni müxtəlifliyi qorumaqdır.
© Photo : Public DomainAna dili abidəsi
Ana dili abidəsi
© Photo : Public Domain
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.