CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilər barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək

© Photo : Baku Transport AgencyTaksi duracağı
Taksi duracağı - Sputnik Azərbaycan, 1920, 21.02.2024
Abunə olmaq
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
BAKI, 21 fevral — Sputnik. Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.
Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
Taksi - Sputnik Azərbaycan, 1920, 21.02.2024
CƏMİYYƏT
Taksi sürücülərini 50-100 manat cərimə gözləyir-Təsdiqləndi
Xəbər lenti
0