https://sputnik.az/20240221/rusiya-kaan-qiricilari-ile-bagli-turkiyeye-emekdasliq-teklif-edib-462774234.html
Rusiya "Kaan" qırıcıları ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib
Rusiya "Kaan" qırıcıları ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib
Sputnik Azərbaycan
"Kaan" Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. 21.02.2024, Sputnik Azərbaycan
2024-02-21T14:41+0400
2024-02-21T14:41+0400
2024-02-21T15:02+0400
kaan
dünya xəbərləri
türkiyə
rusiya
təyyarə
qırıcı
qırıcı
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e8/02/15/462774061_0:160:3072:1888_1920x0_80_0_0_30d6b0e70233bd76db81c98794ee0e2b.jpg
BAKI, 21 fevral — Sputnik. Rusiya beşinci nəsil qırıcı - "Kaan" ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Türkiyə KİV-ləri məlumat verib ki, bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib. O söyləyib ki, Moskva əməkdaşlığa hazırdır: "Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər". Xatırladaq ki, "Kaan" Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan "Kaan" döyüş təyyarəsi ilk uçuşunu bu gün səhər saatlarında həyata keçirib. Qeyd olunub ki, beşinci nəsil qırıcı təyyarə ilk uçuşunu uğurla başa vurub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/15/462774061_171:0:2902:2048_1920x0_80_0_0_43a2b687222e3af22410eb477dcbba53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kaan, türkiyə, rusiya, təyyarə, qırıcı, qırıcı, əməkdaşlıq
kaan, türkiyə, rusiya, təyyarə, qırıcı, qırıcı, əməkdaşlıq
Rusiya "Kaan" qırıcıları ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib
14:41 21.02.2024 (Yenilənib: 15:02 21.02.2024) "Kaan" Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
BAKI, 21 fevral — Sputnik. Rusiya beşinci nəsil qırıcı - "Kaan" ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.
Türkiyə KİV-ləri məlumat verib ki, bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.
O söyləyib ki, Moskva əməkdaşlığa hazırdır: "Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər".
Xatırladaq ki, "Kaan" Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan "Kaan" döyüş təyyarəsi ilk uçuşunu bu gün səhər saatlarında həyata keçirib.
Qeyd olunub ki, beşinci nəsil qırıcı təyyarə ilk uçuşunu uğurla başa vurub.