Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hansı hallarda valyuta transsərhəd daşınan zaman hərəkəti dayandırılacaq? - DETALLAR

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidvalyuta
valyuta  - Sputnik Azərbaycan, 1920, 21.02.2024
Abunə olmaq
"Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar" təsdiqlənib. Ekspertlərin sözlərinə görə, çirkli pulların yuyulması ilə əlaqədar nəzarət artırılır.
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda bir sıra hallarda valyuta sərvətləri və milli valyuta transsərhəd daşınan zaman onların hərəkəti dayandırılacaq. Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"da öz əksini tapıb. Bu Qaydalar fiziki və hüquqi şəxslər tərəfindən valyuta sərvətləri və milli valyutanın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və tranzit keçirilməsi zamanı tətbiq olunur.
Ekspertlərin şərhi...
Məsələni şərh edən iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, əvvəlki illərdə də, indi də sərhəddən valyutanın keçirilməsi ilə bağlı məhdudiyyət var:

"Şəxs 10 min dollardan çox pulu gömrükdə bəyan etməmiş sərhəddən keçirə bilməz. Yeni məhdudiyyətlər yoxdur. Sadəcə bundan əvvəl Azərbaycanda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qəbul edilib. Həmin qanunda göstərilib ki, bu məsələ əlavə qaydalar ilə tənzimlənməlidir".

© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 20.02.2024
İqtisadçı-ekspert Xalid Kərimli
Ekspert onu da qeyd edib ki, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 18.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir:
"Həmin qanunun mövcud 18.4-cü maddəsinə görə, transsərhəd daşınma zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın əlamətlərinin aşkar edilməsi hallarında müvafiq qurum onların hərəkətini 48 saat müddətində dayandırmaq hüququna malikdir. Bu maddənin tətbiqi çərçivəsində valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılmasına dair qaydalar müəyyən edilməli idi və indi Nazirlər Kabineti də bunu təsdiq etdi".
"Çirkli pulların yuyulması ilə əlaqədar nəzarət gücləndirilir"
X.Kərimli bildirib ki, bu məsələ həm Azərbaycan vətəndaşlarına, həm də xarici vətəndaşlara aiddir:

"Burada sərhədi keçən şəxslərdən söhbət gedir və narahat edəcək bir məsələ yoxdur. Sərhədi keçən şəxslər xaricə apardığı və yaxud ölkəyə gətirdiyi vəsaitin məbləğini düzgün şəkildə bəyan etməlidirlər. Ümumiyyətlə, çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik təkmilləşdirilir və bu istiqamətdə nəzarət artırılır. Bu sahədə şəffaflaşma gedir və bu da onun elementlərindən biridir. Başqa sözlə, çirkli pulların yuyulması ilə əlaqədar nəzarət gücləndirilir".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a deyib ki, hər bir vətəndaş 10 min dollaradək xarici valyutanı bəyan etmədən ölkədən çıxara bilər. Bundan yuxarı məbləğ isə gömrükdə bəyan edilməlidir. İndi isə Nazirlər Kabineti valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi formasını müəyyən edib. Bu addım çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində atılıb.
© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Əkrəm Həsənov
Hansı hallarda valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkəti dayandırılacaq?
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"a əsasən valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən "Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması"nın doldurulmasını tələb edəcək.
Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirəcək.
© Sputnik / Murad OrujovNazirlər Kabineti
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Nazirlər Kabineti
Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edəcək və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul ediləcək:
fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;
cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.
Valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısında nələr var?
Gömrük orqanları aşağıdakı indikatorları nəzərə alacaqlar:
valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədilə bağlı məlumatların onları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs tərəfindən təqdim olunmasından imtina edilməsi və ya bu barədə birbiri ilə ziddiyyət təşkil edən, habelə düzgün olmayan məlumatların verilməsi;
valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxs tərəfindən gömrük orqanlarına düzgün olmayan məlumatları əks etdirən və ya etibarsız sənədlərin təqdim edilməsi;
valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulan yüksək riskli zona hesab edilən ölkəyə (əraziyə) səyahət etməsi və ya belə ölkədən (ərazidən) qayıtması, habelə valyuta sərvətləri və milli valyutanın mənbəyinin və ya istifadə yerinin belə ölkə (ərazi) göstərilməsi;
valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması.
Qaydalara əsasən, hərəkəti dayandırılmış valyuta sərvətləri və milli valyuta gömrük orqanlarının müəyyən etdiyi yerlərdə nəzarət altında saxlanılacaq. Gömrük orqanları müvafiq məlumat və sənədləri araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə və cinayət təqibini həyata keçirən orqana göndərəcək. Gömrük orqanlarına bu qaydalarda nəzərdə tutulmuş müddət ərzində cinayət təqibini həyata keçirən orqan və Maliyyə Monitorinqi Xidməti tərəfindən valyuta sərvətləri və milli valyutanın dayandırılmasına kifayət qədər əsasın olmaması ilə bağlı məlumat daxil olduqda və ya hər hansı məlumat daxil olmadıqda, gömrük orqanları onların sahibinə qaytarılması ilə bağlı əsaslandırılmış qərar qəbul edəcəklər.
© Photo : TRENDmanat
Новые банкноты - Sputnik Azərbaycan, 1920, 20.02.2024
manat
Hansı hallarda "Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması" doldurulacaq?
valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında.
Nəyə görə bu forma təqdim edilməlidir?
ölkənin iqtisadi və milli təhlükəsizliyini təmin etmək; cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq;
ölkənin qanunvericiliyindən irəli gələn tələblərə əməl edən cəmiyyət formalaşdırmaq.
Xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları:
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Yuxarıda qeyd olunan hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
Əlavə edək ki, "Valyuta tənzimi haqqında" qanuna görə, valyuta sərvətləri deyəndə xarici valyuta, xarici valyutada qiymətli kağızlar, eləcə də qiymətli metallar (qızıl, gümüş və s.), qiymətli daşlar nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0