SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı deputatlar Belarusdakı seçkiləri müşahidə edəcəklər

© Sputnik / Егор Еремов / Mediabanka keçidseçkilər
seçkilər - Sputnik Azərbaycan, 1920, 21.02.2024
Abunə olmaq
Deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq
BAKI, 21 fevral — Sputnik. Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
Deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.
Səfər fevralın 27-də başa çatacaq.
Xəbər lenti
0