Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın siyasi kursu və xarici təzyiqlər

Abunə olmaq
Azərbaycan 1990-cı illərdən etibarən xarici qüvvələrin təzyiqlərini hiss etməyə başlayıb. Sadəcə, bu 30 il ərzində bu təzyiqin alətləri dəyişib. Bunu siyasi ekspert Hacıyeva Yeganə Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
BAKI, 21 fevral - Sputnik. "Azərbaycan 1990-cı illərdən etibarən xarici qüvvələrin təzyiqlərini hiss etməyə başlayıb. Sadəcə, bu 30 il ərzində bu təzyiqin alətləri dəyişib". Bunu siyasi ekspert Yeganə Hacıyeva Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, əgər 1990-cı illərdə koalisiya formasında xırda və böyük xarici ictimai təşkilatlar var idisə, 2009-cu ildən etibarən bütün ölkələrdə və regionlarda sosial platformalar ictimai təşkilatlarla birlikdə cəmiyyətlər daxilində xarici maraqları yeridirlər. Onlar bunu cəmiyyətin tələbi kimi təqdim edirlər:

"Biz son dörd ili misal göstərə bilərik. Ölkəmizdə məşhur ictimai təşkilatlar olub. Adi günlərdə özlərini xalqın, cəmiyyətin, medianın səsi kimi səciyyələndirən bu ictimai təşkilatlar bir mühüm hadisə, yəni Azərbaycan torpaqlarının işğaldan azad edilməsi baş verən kimi anti-Azərbaycan mövqe tutmağa başlayıblar. Onlar cəmiyyətimiz, xalqımız, dövlətimiz üçün maraqlı olmayan mesajları dəstəkləyiblər" - Hacıyeva deyib.

Siyasi ekspert həmçinin vurğulayıb ki, 44 günlük müharibənin ilk günlərində biz artıq hamını tanımağa başladıq. Adi günlərdə guya medianın və demokratiyanın maraqlarını təbliğ edən bu qurumlar birdən-birə ölkə daxilində xarici oyunçuların ruporuna çevrildilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0