DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı qorxular əsassız deyil - Lukaşenko

© Sputnik / POOL / Mediabanka keçidAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Belarus prezidenti hesab edir ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib.
BAKI, 20 fevral — Sputnik. Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiya da NATO-ya daxil olacaq. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbər heyəti ilə görüşündə bildirib.

"Finlandiyanın, indi isə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Bosniya və Herseqovina, Moldova, Gürcüstan, Serbiya alyansa cəlb olunacaq. Bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq" - o bildirib.

Onun sözlərinə görə, proqnozlar məyusedicidir.
"Kollektiv Qərbin iştahı və fəallığı daha da artacaq. Vaşinqton və onun müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir. Bütün Avropa liderləri ABŞ vətəndaşlarına çevriliblər" - prezident qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib.

"Hərbi güc yenidən dünya mərkəzlərinin problemlərin həlli üçün əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələrinin milyonlarla itkisi və dəhşəti olmayıb" - Lukaşenko deyib.

Lukaşenko qeyd edib ki, NATO-nun on minlərlə əsgəri, yüzlərlə zirehli texnika, təyyarə və helikopteri Rusiya Federasiyası və Belarus sərhədləri yaxınlığında yerləşdirilib.
"Belarus və Rusiyanın bilavasitə yaxınlığında Avropada həyata keçirilən alyans əməliyyatları çərçivəsində NATO və ABŞ-ın birgə silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bura mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter daxildir" - Lukaşenko deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0