Tarixdə bu gün: 20 fevral – FOTO
14:00 20.02.2024 (Yenilənib: 14:51 20.02.2024)
© Sputnik / Elnur Salayev20 fevral
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 20 fevral — Sputnik. Fevralın 20-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 20-də kimlər dünyaya gəlib?
Əliağa Kürçaylı (1928-1980) - Azərbaycan şairi, dramaturqu və tərcüməçisidir. O, "Azərbaycan gəncliyi", "Ədəbi Azərbaycan", "Yazıçı" kimi nəşrlərdə çalışıb.
© Photo : ARBƏliağa Kürçaylı
Əliağa Kürçaylı
© Photo : ARB
Arif Babayev (1938) - Azərbaycanın xalq artisti və xanəndəsidir. O, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Gəlin qayası" və s. operalarda ifa edib. Xanəndə Azərbaycan muğamı sənətini təmsil edərək müxtəlif ölkələrdə qastrol səfərlərində olub.
Yevgeni Draqunov (1920-1991) - Sovet silah konstruktoru, atıcı idman və döyüş silahlarının çoxsaylı nümunələrinin yaradıcısıdır.
Aleksandr Qordon (1964) – Rusiyanın radio və televiziya aparıcısı, kinoaktyor və kinorejissordur. Aleksandr M1, TV-6, NTV və ORT/Birinci Kanalda müxtəlif vaxtlarda çıxan televiziya proqramlarının yaradıcısı və daimi aparıcısıdır. Televiziya karyerası ilə yanaşı, kinorejissor kimi atasının əsərləri əsasında bir neçə tammetrajlı bədii film çəkib.
Aleksandr Qordon
© Sputnik / Yekaterina Chesnokova
/ Sindi Krouford (1966) amerikalı supermodel, aktrisa və televiziya aparıcısıdır. Onun gözəlliyi dünya üzrə 600-dən çox jurnalın üz qabığında yer alıb və eyni zamanda bir çox moda evlərinin siması olub.
© AP Photo / Joel Ryan
Sindi Krouford
Sindi Krouford
© AP Photo / Joel Ryan
İradə Zeynalova (1972) - rusiyalı jurnalist və Azərbaycan əsilli teleaparıcıdır. O, NTV kanalında "Həftə nəticələri" proqramının müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin informasiya Direktorluğunun məlumat və əyləncə proqramlarınin baş redaksiyasının bədii rəhbəridir.
© SputnikAzərbaycan əsilli jurnalist İradə Zeynalova
Azərbaycan əsilli jurnalist İradə Zeynalova
© Sputnik
Fevralın 20-də dünyada baş verən tarixi hadisələr
1705-ci ildə Rusiyada I Pyotrun sərəncamı ilə ilk dəfə olaraq rekrutların çağırışı tətbiq olunub.
© Sputnik / Максим БлиновI Pyotr
I Pyotr
© Sputnik / Максим Блинов
1962-ci ildə Con Qlenn ABŞ tarixində ilk orbital kosmik uçuşunu həyata keçirib. O, 4 saat 55 dəqiqə ərzində Yer ətrafında üç dəfə dövrə vurub.
1992-ci ildə Azərbaycanın Avstriya və Sloveniya ilə diplomatik əlaqələri qurulub.
2009-cu ildən Ümumdünya Sosial Ədalət Günü qeyd edilir. Bu gün BMT Baş Assambleyası tərəfindən yoxsulluğun aradan qaldırılması, insanların tam məşğulluq və layiqli işlə təmin edilməsi, gender bərabərliyinə nail olunması, hamı üçün sosial rifah və sosial ədalətin bərqərar olması məqsədilə təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.