CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-etik görüntüləri yayılan qızları 3 ilədək həbs cəzası gözləyir - Cinayət işi açıldı

© Depositphotos.com / TomwangMəktəb sinifində zorakılıq, arxiv
Məktəb sinifində zorakılıq, arxiv - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Eksklüziv
Elşad Hacıyev bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb.
BAKI, 20 fevral — Sputnik. Bakıda öz məktəb yoldaşını bullinqə məruz qoyaraq təhqir edən qızlara cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Elşad Hacıyev bildirib. O bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.
Sputnik Azərbaycan sözügedən hadisəni törədən qızları hansı cəzanın gözlədiyini araşdırıb.
Hüquqşünas Mehman Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, öz həmcinslərini təhqir edən qızlar 14 yaşdan yuxarı olduğu üçün onlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
© Photo : Mehman MuradliMehman Muradlı, hüquqşünas
Mehman Muradlı, hüquqşünas - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Mehman Muradlı, hüquqşünas

"Qızlar 14 yaşdan yuxarıdırlar. Törətdikləri əməl isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin təsiri altına düşür ki, bunun da sanksiyası iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Həmin məcəllənin dispoziyasında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma, cəmiyyətə açıqca hörmətsizlik, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər nəzərdə tutulur".

Xatırladaq ki, dünən sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb. Məktəbin şagirdi olduğu bildirilən Rzaquliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. Artıq Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan nümayəndəliyinin psixoloqu hadisənin baş verdiyi qızların təhsil aldıqları məktəbdədirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0