https://sputnik.az/20240220/qerb-ukrayna-haqqinda-yalan-danisir---lon-mask-milyarder-devid-saksin-fikrini-tesdiqleyib-462718358.html
Qərb Ukrayna haqqında yalan danışır - İlon Mask milyarder Devid Saksın fikrini təsdiqləyib
Qərb Ukrayna haqqında yalan danışır - İlon Mask milyarder Devid Saksın fikrini təsdiqləyib
Sputnik Azərbaycan
ABŞ hakimiyyəti dəfələrlə Rusiyanın mövqeyinə görə sülh sazişinin bağlanmasının mümkün olmadığını bəyan edib, lakin Moskvanın münaqişənin sülh yolu ilə həllinə... 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T22:15+0400
2024-02-20T22:15+0400
2024-02-20T22:15+0400
ilon mask
dünya xəbərləri
qərb
qərb
qərb
ukrayna
yalan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457072200_0:0:3072:1728_1920x0_80_0_0_cae7d066b004b3d4e7c2603ad745dedf.jpg
BAKI, 20 fevral - Sputnik. Amerikalı iş adamı İlon Mask ABŞ-ın Ukraynadakı vəziyyətlə bağlı yalan danışması ilə bağlı mesaj dərc edən milyarder Devid Saksla razılaşıb.O, bunu X* (keçmiş Twitter) sosial şəbəkəsində bildirib.Saks mesajında qeyd edib ki, Qərb Ukraynanın münaqişədə Rusiyanı məğlub etməsi barədə yalan danışır, əslində isə vəziyyət tamamilə əksinədir. Bundan əlavə, Qərb ölkələrinin sakinləri əmindirlər ki, münaqişə və Kiyevə yardım NATO-nu daha da gücləndirir, baxmayaraq ki, bu, alyansı yalnız tükəndirir.“Bizə deyirlər ki, Ukraynanın ən böyük problemi Amerika Konqresindən maliyyə çatışmazlığıdır, əslində isə Qərb kifayət qədər sursat istehsal edə bilmir - bu problemin həlli illər çəkəcək” - milyarder əlavə edib.O, həmçinin xatırladıb ki, ABŞ hakimiyyəti dəfələrlə Rusiyanın mövqeyinə görə sülh sazişinin bağlanmasının mümkün olmadığını bəyan edib, lakin Moskvanın münaqişənin sülh yolu ilə həllinə dair çoxsaylı cəhdlərini məhz Vaşinqton və Kiyev rədd edib. Eyni zamanda, zaman keçdikcə Ukraynanın vəziyyəti daha da pisləşir."Tamamilə doğrudur", - Mask Saksın yazısı ilə razı olduğunu bildirib.Daha əvvəl Mask əmin olduğunu bildirmişdi ki, Rusiya Ukrayna münaqişəsində “heç bir halda” uduzmayacaq. Konqresdə müzakirə edilən ABŞ-dan Ukraynaya yeni yardım paketini şərh edən Mask bunun Kiyevə kömək etməyəcəyini qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457072200_0:0:2732:2048_1920x0_80_0_0_62e3da87666f7b0a437f18a7ada5e8cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ilon mask, qərb, qərb, qərb, ukrayna, yalan
ilon mask, qərb, qərb, qərb, ukrayna, yalan
Qərb Ukrayna haqqında yalan danışır - İlon Mask milyarder Devid Saksın fikrini təsdiqləyib
ABŞ hakimiyyəti dəfələrlə Rusiyanın mövqeyinə görə sülh sazişinin bağlanmasının mümkün olmadığını bəyan edib, lakin Moskvanın münaqişənin sülh yolu ilə həllinə dair çoxsaylı cəhdlərini məhz Vaşinqton və Kiyev rədd edib.
BAKI, 20 fevral - Sputnik. Amerikalı iş adamı İlon Mask ABŞ-ın Ukraynadakı vəziyyətlə bağlı yalan danışması ilə bağlı mesaj dərc edən milyarder Devid Saksla razılaşıb.
O, bunu X* (keçmiş Twitter) sosial şəbəkəsində bildirib.
Saks mesajında qeyd edib ki, Qərb Ukraynanın münaqişədə Rusiyanı məğlub etməsi barədə yalan danışır, əslində isə vəziyyət tamamilə əksinədir. Bundan əlavə, Qərb ölkələrinin sakinləri əmindirlər ki, münaqişə və Kiyevə yardım NATO-nu daha da gücləndirir, baxmayaraq ki, bu, alyansı yalnız tükəndirir.
“Bizə deyirlər ki, Ukraynanın ən böyük problemi Amerika Konqresindən maliyyə çatışmazlığıdır, əslində isə Qərb kifayət qədər sursat istehsal edə bilmir - bu problemin həlli illər çəkəcək” - milyarder əlavə edib.
O, həmçinin xatırladıb ki, ABŞ hakimiyyəti dəfələrlə Rusiyanın mövqeyinə görə sülh sazişinin bağlanmasının mümkün olmadığını bəyan edib, lakin Moskvanın münaqişənin sülh yolu ilə həllinə dair çoxsaylı cəhdlərini məhz Vaşinqton və Kiyev rədd edib. Eyni zamanda, zaman keçdikcə Ukraynanın vəziyyəti daha da pisləşir.
"Tamamilə doğrudur", - Mask Saksın yazısı ilə razı olduğunu bildirib.
Daha əvvəl Mask əmin olduğunu bildirmişdi ki, Rusiya Ukrayna münaqişəsində “heç bir halda” uduzmayacaq. Konqresdə müzakirə edilən ABŞ-dan Ukraynaya yeni yardım paketini şərh edən Mask bunun Kiyevə kömək etməyəcəyini qeyd edib.