DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Belarus və Rusiyanı qlobal məğlubiyyətə uğratmaq istəyir - Lukaşenko

© Sputnik / Павел БедняковAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Belarus prezidenti qeyd edib ki, Qərb ərazilərin bölünməsi üzrə də məşğul olmağa çalışır.
BAKI, 20 fevral — Sputnik. Qərbin strategiyası Belarus və Rusiyanı qlobal məğlubiyyətə uğratmaq, sonra isə onların ərazilərini bölməkdir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbər heyəti ilə görüşündə bildirib.

"Avropada hesab edirlər ki, Ukraynadakı müharibə nəticəsində sözün əsl mənasında ərazi dəyişiklikləri baş verməlidir. Polşa müasir Belarusun bir hissəsində qanuni hüquqlara malikdir. Ancaq demokratik Belarus təzminat olaraq məğlub olan Rusiya ərazisinin bir hissəsini almalıdır. Bütün strategiya budur" - Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, Qərb "Belarus və Rusiyanı qlobal məğlubiyyətə uğratmağa, sonra isə həm ərazilərlə, həm də digər məsələlərlə məşğul olmağa" çalışır.
"Bu torpaqlarda necə qırğınların baş verəcəyini başa düşürsünüz" - Belarus prezidenti vurğulayıb.
Onun sözlərinə görə, "bu yolla Avropa qitəsinin yeni təkrar bölünməsi üçün ilkin şərtlər formalaşır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0