DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mişel Paşinyana zəng edib

© AFP 2024 / FRANCOIS WALSCHAERTSNikol Paşinyan və Şarl Mişel, arxiv
Nikol Paşinyan və Şarl Mişel, arxiv - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
BAKI, 20 fevral — Sputnik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Şarl Mişel bu barədə "X"də yazıb.
Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
"Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur", - Aİ rəsmisi yazıb.
Xatırladaq ki, fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.
Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.
Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0