https://sputnik.az/20240220/mehriban-veliyeva-hemin-mektebe-getdi-462761350.html
Mehriban Vəliyeva həmin məktəbə getdi
Mehriban Vəliyeva həmin məktəbə getdi
Sputnik Azərbaycan
Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması... 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T18:00+0400
2024-02-20T18:00+0400
2024-02-20T18:00+0400
məktəb
cəmiyyət
şagird
qız
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462761183_0:0:2048:1153_1920x0_80_0_0_6c6c1be4da6c302048d7f49b314c6c2f.jpg
BAKI, 20 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 156 nömrəli tam orta məktəbin şagirdi tərəfindən həmyaşıdına qarşı edilən zorakılıqla bağlı daha bir açıqlama yayıb. Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-dən məlumat verilib. "XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi hərəkətlərlə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüb. Məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb. Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb" - məlumatda qeyd edilib.Həmçinin bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462761183_138:0:1981:1382_1920x0_80_0_0_8384341ced17fcff0b5991c4d1d7b23b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, şagird, qız
Mehriban Vəliyeva həmin məktəbə getdi
Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb.
BAKI, 20 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 156 nömrəli tam orta məktəbin şagirdi tərəfindən həmyaşıdına qarşı edilən zorakılıqla bağlı daha bir açıqlama yayıb. Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-dən məlumat verilib.
"XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi hərəkətlərlə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüb.
Məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb. Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb" - məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.