https://sputnik.az/20240220/gundemi-zebt-eden-qizlarin-davasinin-sebebi-bilindi---ntim-xidmet-gosterdiyini-yazaraq-462752572.html
Gündəmi zəbt edən qızların davasının səbəbi bilindi - İntim xidmət göstərdiyini yazaraq...
Gündəmi zəbt edən qızların davasının səbəbi bilindi - İntim xidmət göstərdiyini yazaraq...
Sputnik Azərbaycan
Günel Səfərova bildirib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot tətbiq edildiyi təhsil müəssisəsidir. 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T15:08+0400
2024-02-20T15:08+0400
2024-02-20T16:16+0400
dava
cəmiyyət
şagird
şura
məktəb
etik
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462752409_0:315:1158:966_1920x0_80_0_0_4584f72b5bbeba0a931296df44278f58.jpg
BAKI, 20 fevral — Sputnik. "Öz məktəb yoldaşına qarşı zorakılıq göstərən Dilarə Rzaquliyeva özü də həmin qız tərəfindən bulinqə məruz qaldığını iddia edir. Onlar vaxtilə bir məktəbdə oxumaqla yanaşı, həm də qonşudurlar. Bulinqə məruz qalan qız 156 saylı məktəbin IX sinifindən çıxaraq peşəyə yönəlib. Hadisəni törədən Dilarə Rzaquliyeva isə məktəbin XI sinifində təhsil alır. O, bu hadisəni bir növ qisas almaq məqsədilə törətdiyini söyləyib". Bunu Sputnik Azərbaycan-a bu gün yayılmış qeyri-etik görüntü ilə bağlı məktəbdə olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. Şura sədri bildirib ki, həmin qızlar və valideynləri ilə görüşə bilməsələr də, məktəbdə onlara hadisə barədə məlumat verilib. Qurum rəhbəri onu da əlavə edib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot layihə şəklində tətbiq edildiyi təhsil müəssisəsidir. O bildirib ki, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı video barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib. Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462752409_0:206:1158:1075_1920x0_80_0_0_bf3bf2c9080f5fa3b47e6996197fe5f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dava, şagird, şura, məktəb, etik
dava, şagird, şura, məktəb, etik
Gündəmi zəbt edən qızların davasının səbəbi bilindi - İntim xidmət göstərdiyini yazaraq...
15:08 20.02.2024 (Yenilənib: 16:16 20.02.2024) Günel Səfərova bildirib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot tətbiq edildiyi təhsil müəssisəsidir.
BAKI, 20 fevral — Sputnik. "Öz məktəb yoldaşına qarşı zorakılıq göstərən Dilarə Rzaquliyeva özü də həmin qız tərəfindən bulinqə məruz qaldığını iddia edir. Onlar vaxtilə bir məktəbdə oxumaqla yanaşı, həm də qonşudurlar. Bulinqə məruz qalan qız 156 saylı məktəbin IX sinifindən çıxaraq peşəyə yönəlib. Hadisəni törədən Dilarə Rzaquliyeva isə məktəbin XI sinifində təhsil alır. O, bu hadisəni bir növ qisas almaq məqsədilə törətdiyini söyləyib". Bunu Sputnik Azərbaycan-a bu gün yayılmış qeyri-etik görüntü ilə bağlı məktəbdə olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.
Şura sədri bildirib ki, həmin qızlar və valideynləri ilə görüşə bilməsələr də, məktəbdə onlara hadisə barədə məlumat verilib.
"Biz bulinq törədən qızın sinif yoldaşları ilə görüşdük. Onlar D.Rzaquliyevadan indiyədək heç bir zorakı davranış görmədiklərini bildirdilər. Məlum oldu ki, hazırda bulinqə məruz qalan qız özü də ona qarşı əvvəllər belə bir hərəkət edib. Sosial şəbəkələrdə Dilarənin uyğun olmayan qadınların şəkli ilə montaj edərək onun qeyri-etik xidmətlər göstərdiyini qeyd edib. Sadəcə məktəbli ondan acıq çıxmaq üçün səhv üsul seçib. Videogörüntü yayılmazdan öncə bu məsələ hüquq-mühafizə orqanlarında araşdırılırmış" - G.Səfərova bildirib.
Qurum rəhbəri onu da əlavə edib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot layihə şəklində tətbiq edildiyi təhsil müəssisəsidir. O bildirib ki, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı video barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib.
Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.