https://sputnik.az/20240220/fiziki-zorakiliga-meruz-qalan-azyasli-reabilitasiyaya-celb-olunacaq-462763732.html
Fiziki zorakılığa məruz qalan azyaşlı reabilitasiyaya cəlb olunacaq
Fiziki zorakılığa məruz qalan azyaşlı reabilitasiyaya cəlb olunacaq
Sputnik Azərbaycan
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib. 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T19:11+0400
2024-02-20T19:11+0400
2024-02-20T19:11+0400
reabilitasiya
cəmiyyət
fiziki
zorakılıq
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462763564_0:0:1280:721_1920x0_80_0_0_83c5c5272e23ef5a87adbe61e073f8e9.jpg
BAKI, 20 fevral — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları atası tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı və onun ailəsi ilə görüşüblər.Komitədən Sputnik Azərbaycan-a bildirilib ki, Şüvəlan UADM-in psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsinə səfər olunub. Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Məmmədov Elnur Eltəmas oğlu ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib. Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib. Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462763564_0:0:1176:882_1920x0_80_0_0_07ee2223ccd058d0367efc046d4674ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
reabilitasiya, fiziki, zorakılıq
reabilitasiya, fiziki, zorakılıq
Fiziki zorakılığa məruz qalan azyaşlı reabilitasiyaya cəlb olunacaq
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.
BAKI, 20 fevral — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları atası tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı və onun ailəsi ilə görüşüblər.
Komitədən Sputnik Azərbaycan-a bildirilib ki, Şüvəlan UADM-in psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsinə səfər olunub.
Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Məmmədov Elnur Eltəmas oğlu ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.
Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.