https://sputnik.az/20240220/cin-rusiya-ile-emekdasliga-gore-abs-sanksiyalarini-qebuledilmez-hesab-edir---mao-nin-462748789.html
Çin Rusiya ilə əməkdaşlığa görə ABŞ sanksiyalarını qəbuledilməz hesab edir - Mao Nin
Çin Rusiya ilə əməkdaşlığa görə ABŞ sanksiyalarını qəbuledilməz hesab edir - Mao Nin
Sputnik Azərbaycan
Mao Nin Çinin Ukrayna böhranı ilə bağlı həmişə obyektiv və ədalətli mövqe tutduğunu, sülh və danışıqların təşviqinə sadiq olduğunu vurğulayıb. 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T12:24+0400
2024-02-20T12:24+0400
2024-02-20T12:55+0400
dünya xəbərləri
çin
xin
sanksiya
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462748472_0:160:3072:1888_1920x0_80_0_0_6b8642b8b7446ca7ef31e7f8fd0d1d4b.jpg
BAKI, 20 fevral — Sputnik. Pekin Rusiya Federasiyası ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı mümkün sanksiyaların tətbiqini qəbuledilməz hesab edir. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin TASS müxbirinin ABŞ-ın bu məhdudiyyətləri tətbiq etmək planlarını şərh etmək barədə sualına cavab olaraq bildirib. O, Çinin öz müəssisələrinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcəyini söyləyib. Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Qerry Konnolli CNBC telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar xüsusi hərbi əməliyyatı aparması üçün lazım olan malların tədarükü ilə bağlı Rusiyaya yardım etdiyi iddia edilən Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Aİ-dən analoji planlar barədə xəbərlər ortaya çıxandan sonra müzakirə olunmağa başlayıb. Mao Nin Çinin Ukrayna böhranı ilə bağlı həmişə obyektiv və ədalətli mövqe tutduğunu, sülh və danışıqların təşviqinə sadiq olduğunu vurğulayıb. Çinin xarici işlər naziri Van İ daha əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə ABŞ-ın Çin şirkətlərinə qarşı birtərəfli sanksiyalarının ləğvini tələb edib. Van İnin sözlərinə görə, ABŞ və Çin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsiplərinə riayət etməli və iki böyük dövlət arasında düzgün qarşılıqlı fəaliyyətin yollarını fəal şəkildə axtarmalıdır. Pekin son illərdə dəfələrlə ABŞ-ı Çin texnoloji şirkətlərini sıxışdırmaq cəhdlərində, həmçinin Vaşinqtonun ixraca nəzarətdən sui-istifadə etməkdə ittiham edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462748472_171:0:2902:2048_1920x0_80_0_0_db3a24f3b49866fe435ff8443b63f0ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, xin, sanksiya, abş
Çin Rusiya ilə əməkdaşlığa görə ABŞ sanksiyalarını qəbuledilməz hesab edir - Mao Nin
12:24 20.02.2024 (Yenilənib: 12:55 20.02.2024) Mao Nin Çinin Ukrayna böhranı ilə bağlı həmişə obyektiv və ədalətli mövqe tutduğunu, sülh və danışıqların təşviqinə sadiq olduğunu vurğulayıb.
BAKI, 20 fevral — Sputnik. Pekin Rusiya Federasiyası ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı mümkün sanksiyaların tətbiqini qəbuledilməz hesab edir. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin TASS müxbirinin ABŞ-ın bu məhdudiyyətləri tətbiq etmək planlarını şərh etmək barədə sualına cavab olaraq bildirib.
"Çinin dünya ölkələri ilə normal əməkdaşlıq etmək hüququ var. Biz həmişə beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxmışıq" - Mao Nin bildirib.
O, Çinin öz müəssisələrinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcəyini söyləyib.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Qerry Konnolli CNBC telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar xüsusi hərbi əməliyyatı aparması üçün lazım olan malların tədarükü ilə bağlı Rusiyaya yardım etdiyi iddia edilən Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Aİ-dən analoji planlar barədə xəbərlər ortaya çıxandan sonra müzakirə olunmağa başlayıb.
Mao Nin Çinin Ukrayna böhranı ilə bağlı həmişə obyektiv və ədalətli mövqe tutduğunu, sülh və danışıqların təşviqinə sadiq olduğunu vurğulayıb.
Çinin xarici işlər naziri Van İ daha əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə ABŞ-ın Çin şirkətlərinə qarşı birtərəfli sanksiyalarının ləğvini tələb edib. Van İnin sözlərinə görə, ABŞ və Çin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsiplərinə riayət etməli və iki böyük dövlət arasında düzgün qarşılıqlı fəaliyyətin yollarını fəal şəkildə axtarmalıdır.
Pekin son illərdə dəfələrlə ABŞ-ı Çin texnoloji şirkətlərini sıxışdırmaq cəhdlərində, həmçinin Vaşinqtonun ixraca nəzarətdən sui-istifadə etməkdə ittiham edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.