Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb - FOTO

© Photo : AZƏRTACAzərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
2024-cü ilin fevral-may aylarında ölkəmizin şəhər və rayonlarında Azərbaycan Respublikasında rus bölməsi olan məktəblərin 7-9-cu siniflərində oxuyan şagirdlər arasında inşa yazısı formatında olimpiadanın ikinci mərhələsi keçiriləcək.
BAKI, 20 fevral — Sputnik. Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb. Bu il 16-cısı keçirilən tədbir Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin 230 illiyinə həsr edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, olimpiada mərhələsinin birinci turu Bakının Qaradağ rayonundakı 223 nömrəli orta məktəbdə keçirilib.
© Photo : AZƏRTACAzərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
"Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin və Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Qaradağ rayonundakı 223 nömrəli orta məktəbin direktoru Gülər Bəbirova, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina olimpiada iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova tədbirdə çıxış edib.
Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.
© Photo : AZƏRTACAzərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
2024-cü ilin fevral-may aylarında ölkəmizin şəhər və rayonlarında Azərbaycan Respublikasında rus bölməsi olan məktəblərin 7-9-cu siniflərində oxuyan şagirdlər arasında inşa yazısı formatında olimpiadanın ikinci mərhələsi keçiriləcək. Olimpiada çərçivəsində təşkilatçılar respublikanın ümumtəhsil müəssisələrinə səfərlər üzrə regional turlar keçirəcəklər.
Bakı, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərindən və Azərbaycanın daha 52 rayonundan 2400 min şagird bu ilin aprel ayının sonunda başa çatacaq ikinci mərhələyə keçib və iyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların təntənəli mükafatlandırma mərasimi olacaq.
© Photo : AZƏRTACAzərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi başlayıb
Ənənəvi olaraq, rus dili olimpiadası Azərbaycan Dillər Universiteti və digərlərinin dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0