https://sputnik.az/20240220/azerbaycan-prezidentinin-turkiyeye-seferinde-hansi-mesajlar-verildi-462760518.html
Azərbaycan prezidentinin Türkiyəyə səfərində hansı mesajlar verildi?
Azərbaycan prezidentinin Türkiyəyə səfərində hansı mesajlar verildi?
Sputnik Azərbaycan
Millət vəkili deyib ki, Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edən zaman Türkiyənin siyasi, mənəvi dəstəyi çox təsirli olub. 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T17:44+0400
2024-02-20T17:44+0400
2024-02-20T17:45+0400
siyasət
azərbaycan
prezident
türkiyə
səfər
https://cdnn1.img.sputnik.az/img/07e8/02/13/462727635_0:47:954:584_1920x0_80_0_0_12b76ecf61ea1c4b686ee27a227443b1.jpg
BAKI, 20 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib. Türkiyəli həmkarı ilə görüşən Azərbaycan lideri müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparıb. Ənənəvi olaraq Azərbaycan və Türkiyədə prezident seçkilərindən sonra seçilmiş dövlət başçıları ilk rəsmi dövlət səfərlərini qarşılıqlı olaraq bir-birinə edirlər. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri isə Münhen Təhlükəsizlik Konfransının ardınca baş tutdu. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri siyasi çevrələrdə də maraqla izlənilirdi. Millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a deyir ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini ifadə edən hadisədir:“Türkiyə prezidenti ilk xarici səfərini məhz Azərbaycana etmişdi, Azərbaycan prezidenti də ilk rəsmi səfərini Türkiyəyə etdi. Bu səfər çərçivəsində prezidentlər münasibətlərin yüksək inkişaf səviyyəsinə diqqət çəkdilər. Azərbaycan liderinin iki ölkə münasibətlərinin Cənubi Qafqazdakı proseslərə təsirini xüsusi vurğuladı". Millət vəkili deyib ki, Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edən zaman, Türkiyənin siyasi, mənəvi dəstəyi çox təsirli olub:Elşad Mirbəşiroğlunun onu da qeyd edib ki, Azərbaycanla Türkiyə arasında növbəti dövrlərdə müttəfiqlik münasibətləri Şuşa bəyannaməsinin imzalanması ilə rəsmiləşdi:"Hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətləri ən yüksək səviyyəyə çatıb. Münhen konfransının ardınca Azərbaycan liderinin Türkiyəyə səfəri münasibətlərimizin siyasi elementlərlə möhkənləndirilməsi kimi səciyyələndirilə bilər. Ölkə prezidenti çox ciddi mübarizənin içindədir. Yenə də Ermənistan siyasi alət kimi istifadə olunaraq Azərbaycana qarşı təxribatlara sövq olunur, münasibətlərin normallaşmasında israrla iştirak etmık istəyən dairələr mövcuddur. Azərbaycan prezidenti bilir ki, bütün bunlar bölgəyə yaxşı heç nə vəd etmir". Politoloq Samir Hümbətov deyir ki, Münhen konfransında aparılan danışıqlar göstərir ki, Azərbaycanla beynəlxalq birlik arasında ciddi əməkdaşlıq mühiti formalaşdırılıb:“Keçirilən görüşlərdə də bunu görmək olardı. Bunlar Azərbaycana olan diqqətdən irəli gəlirdi. Azərbaycan Prezidentinin Münhen Konfransının ardınca Türkiyəyə gəlməsi və burada verdiyi açıqlamalar zərgər dəqiqliyi ilə seçilmişdi". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240219/eliyev-ve-erdogan-genis-terkibde-kecirilen-gorusde-neden-danisiblar-462741871.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/13/462727635_57:0:897:630_1920x0_80_0_0_793630a763074d687585b9055f2affd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, prezident, türkiyə, səfər
azərbaycan, prezident, türkiyə, səfər
Azərbaycan prezidentinin Türkiyəyə səfərində hansı mesajlar verildi?
17:44 20.02.2024 (Yenilənib: 17:45 20.02.2024) Millət vəkili deyib ki, Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edən zaman Türkiyənin siyasi, mənəvi dəstəyi çox təsirli olub.
BAKI, 20 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib. Türkiyəli həmkarı ilə görüşən Azərbaycan lideri müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparıb.
Ənənəvi olaraq Azərbaycan və Türkiyədə prezident seçkilərindən sonra seçilmiş dövlət başçıları ilk rəsmi dövlət səfərlərini qarşılıqlı olaraq bir-birinə edirlər.
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri isə Münhen Təhlükəsizlik Konfransının ardınca baş tutdu. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri siyasi çevrələrdə də maraqla izlənilirdi.
Millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a deyir ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini ifadə edən hadisədir:
“Türkiyə prezidenti ilk xarici səfərini məhz Azərbaycana etmişdi, Azərbaycan prezidenti də ilk rəsmi səfərini Türkiyəyə etdi. Bu səfər çərçivəsində prezidentlər münasibətlərin yüksək inkişaf səviyyəsinə diqqət çəkdilər. Azərbaycan liderinin iki ölkə münasibətlərinin Cənubi Qafqazdakı proseslərə təsirini xüsusi vurğuladı".
Millət vəkili deyib ki, Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edən zaman, Türkiyənin siyasi, mənəvi dəstəyi çox təsirli olub:
"Həmin dövrdə Azərbaycanı dayandırmaq istəyən qüvvələr Azərbaycan-Türkiyə münasibətlərinin gücündən çəkinirdilər. Ölkəmizin təhlükəsizliyi baxımından Türkiyə ilə münasibətlər çox vacibdir".
Elşad Mirbəşiroğlunun onu da qeyd edib ki, Azərbaycanla Türkiyə arasında növbəti dövrlərdə müttəfiqlik münasibətləri Şuşa bəyannaməsinin imzalanması ilə rəsmiləşdi:
"Hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətləri ən yüksək səviyyəyə çatıb. Münhen konfransının ardınca Azərbaycan liderinin Türkiyəyə səfəri münasibətlərimizin siyasi elementlərlə möhkənləndirilməsi kimi səciyyələndirilə bilər. Ölkə prezidenti çox ciddi mübarizənin içindədir. Yenə də Ermənistan siyasi alət kimi istifadə olunaraq Azərbaycana qarşı təxribatlara sövq olunur, münasibətlərin normallaşmasında israrla iştirak etmık istəyən dairələr mövcuddur. Azərbaycan prezidenti bilir ki, bütün bunlar bölgəyə yaxşı heç nə vəd etmir".
"Azərbaycan prezidenti Münhen konfransında keçirdiyi görüşlərdə də münasibətlərin normallaşdırılmasının Azərbaycan və Ermənistanın işi olduğunu xüsusi vurğulayırdı. Blinkenlə görüşü zamanı vurğuladı ki, heç bir halda Azərbaycan-ABŞ münasibətləri Ermənistan münasibətlərin normallaşma prosesindən asılı ola bilməz. Azərbaycan prezidenti bununla mesaj verdi ki, Ermənistan amilindən siyasi spekulyasiyalar üçün istifadə edilməsindən əl çəkilməlidir. Təbii ki, Azərbaycan prezidenti Türkiyəyə ilk rəsmi səfəri ilə Avropa platformasındakı mövqeyə əlavə dəstəkləyici elementlər qatmış oldu” - Elşad Mirbəşiroğlu vurğulayıb.
Politoloq Samir Hümbətov deyir ki, Münhen konfransında aparılan danışıqlar göstərir ki, Azərbaycanla beynəlxalq birlik arasında ciddi əməkdaşlıq mühiti formalaşdırılıb:
“Keçirilən görüşlərdə də bunu görmək olardı. Bunlar Azərbaycana olan diqqətdən irəli gəlirdi. Azərbaycan Prezidentinin Münhen Konfransının ardınca Türkiyəyə gəlməsi və burada verdiyi açıqlamalar zərgər dəqiqliyi ilə seçilmişdi".
"Azərbaycan ordusunda artıq Türkiyə hərbi modeli tətbiq olunur. Ölkələr arasında ticarət əlaqələri dərinləşir, enerji nəqli msəsələsində əməkdaşlıq genişlənir. Bunlar hamısı gündəmin əsas mövzuları idi. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri həm də qlobal miqyasda verdiyi mesaj idi. Burada verilən açıqlamaları da təsadüfi hesab etmək olmaz” - politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.