DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ tarixinin ən pis prezidenti məlum olub

© AFP 2023 / CHANDAN KHANNADonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Sorğu Sahil Karolina Universitetinin politologiya dosenti Castin Von və professor Brendon Rottinqhaus tərəfindən aparılıb.
BAKI, 20 fevral — Sputnik. ABŞ lideri Co Bayden prezidentlərin reytinqində 14-cü yeri tutub, lakin onun əsas uğuru isə sabiq President Donald Trampın Ağ Evdən qovulması olub.
Bu barədə Rusiya mediası "The New York Times" nəşrindəki tarixçilərin sorğularına istinadən xəbər verib.
Nəşr qeyd edib ki, yeni sorğuda tarixçilər ABŞ-ın sabiq prezidenti Trampı tarixin ən pis prezidenti olduğunu adlandırıblar, Co Baydeni isə 14-cü yerdə qərarlaşdırıblar.
"Tarixçilərin fikrincə, Baydenin əsas uğuru Donald Trampı Oval kabinetindən (ABŞ Prezidentinin Ağ Evdəki iş otağıdır) uzaqlaşdırmaq olub" - NYT jurnalisti Peter Baker sorğunu şərh edir.
Qeyd olunur ki, tarixçilərin sorğusuna görə Donald Tramp prezidentlərin reytinqində sonuncu 45-ci yeri tutsa da, hazırda seçicilər arasında populyarlığına görə indiki ABŞ prezidentini qabaqlayır. Məqalə müəllifi hesab edir ki, tarixçilər arasında aparılan sorğu Baydenə əlavə siyasi xal gətirməyə bilər.
Sorğu Sahil Karolina Universitetinin politologiya dosenti Castin Von və professor Brendon Rottinqhaus tərəfindən aparılıb. Ümumilikdə, onlar ölkə üzrə 154 alim arasında sorğu keçiriblər və hətta respublikaçı tarixçilər də Trampın prezidentliyini uğurlu hesab etmirlər.
Öz növbəsində konqresmen Marceri Taylor-Qrin Co Baydeni ABŞ tarixinin ən pis prezidenti hesab edir və onun yenidən Ağ Evin rəhbəri vəzifəsinə namizəd olmaq qərarını eqoistlik adlandırıb.
Xəbər lenti
0