DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa müxalifəti Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına tam embarqo tələb edir

© AFP 2024 / NELSON ALMEIDAKombayn, arxiv
Kombayn, arxiv - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Polşada bir həftədən çoxdur ki, fermerlərin ümummilli etirazı başlayıb. Fermerlər bütün ölkə boyu etiraz aksiyası keçirərək Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayıblar.
BAKI, 19 fevral — Sputnik. Polşa müxalifəti Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına tam embarqonun tətbiqini tələb edir.
Bunu ölkənin ən böyük müxalifət partiyası olan "Hüquq və Ədalət" partiyasının parlament fraksiyasının rəhbəri Mariuş Blaşak bildirib.
"Polşa kənd təsərrüfatının maraqları, həmçinin Polşanın maraqlarının dərin mənafelərinə əsaslanaraq, bu gün belə bir fərman qəbul edilməli və Ukraynadan gətirilən bütün kənd təsərrüfatı mallarına tam embarqo qoyulmalıdır" - Blaşak X platformasında belə yazıb.
O, əmindir ki, Ukraynanın kənd təsərrüfatı məhsullarına tam embarqo qoyulması Polşanın "gələcəyi, eləcə də gələcəkdə Polşa ilə Ukrayna arasında əməkdaşlıq üçün son dərəcə vacibdir".
Qeyd edək ki, Polşada bir həftədən çoxdur ki, fermerlərin ümummilli etirazı başlayıb. Fermerlər bütün ölkə boyu etiraz aksiyası keçirərək Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayıblar. Fəallar bildiriblər ki, polşalı fermerlər Doroxusk keçid məntəqəsində Ukrayna yük maşınlarından taxılı boşaldıblar.
Polşa-Ukrayna münasibətləri Ukrayna taxılına qoyulan embarqoya görə xeyli mürəkkəbləşib. 2023-cü il sentyabrın 15-də Avropa Komissiyası dörd növ Ukrayna kənd təsərrüfatı məhsulunun Aİ-nin bir neçə sərhəd ölkəsinə idxalına məhdudiyyətləri uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib. Bundan sonra Slovakiya, Macarıstan və Polşa rəsmiləri qadağanı birtərəfli qaydada uzatdıqlarını açıqlayıblar. Bununla bağlı Ukrayna ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) şikayət edib. Buna cavab olaraq üç Aİ ölkəsi Ukrayna taxılına dair koordinasiya platformasının iclaslarını boykot edəcəklərini açıqlayıblar.
Xəbər lenti
0