DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fon der Lyayen Avropanı Rusiya ilə birbaşa münaqişəyə sürükləmək istəyir

© AP Photo / Andrew HarnikUrsula Fon der Lyayen, arxiv şəkli
Ursula Fon der Lyayen, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Münhen Təhlükəsizlik Konfransı zamanı AK rəhbəri bildirib ki, Ukrayna münaqişəsi "demokratiya və avtokratiyalar arasında qlobal mübarizənin" bir hissəsidir və qeyd edib ki, artıq müharibə zonasında "boz zonalar" yoxdur.
BAKI, 19 fevral — Sputnik. Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ ölkələrini Rusiya ilə birbaşa silahlı münaqişəyə sürükləmək istəyir.
Bu barədə o, X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Münhen Təhlükəsizlik Konfransı zamanı AK rəhbəri bildirib ki, Ukrayna münaqişəsi "demokratiya və avtokratiyalar arasında qlobal mübarizənin" bir hissəsidir və qeyd edib ki, artıq müharibə zonasında "boz zonalar" yoxdur.
Filippo müvafiq bəyanatı "axmaq hərəkət" adlandırıb. O xatırladıb ki, bu cür "karikaturalı" bəyanatlar bir vaxtlar Yaxın Şərqdə müharibələrə və əsl demokratiyanın boğulmasına haqq qazandırmaq üçün istifadə olunub.
Bundan əvvəl fon der Lyayen Ukrayna və Moldova iqtisadiyyatlarına dəstək tədbirlərini elan etdikdən sonra X sosial şəbəkəsinin istifadəçiləri onu tənqid ediblər. AK rəhbərinə işinin öhdəsindən gələ bilmədiyi üçün istefa verməsi təklif olunub.
Xəbər lenti
0