DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çexiya Ukraynadan olan qaçqınlara nə qədər vəsait xərclədiyini açıqlayıb

© AP Photo / Markus SchreiberUkraynalı qaçqınlar, arxiv şəkli
Ukraynalı qaçqınlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Hazırda Çexiyada Ukraynadan olan, təxminən 383 min ukraynalı qaçqın var ki, onlardan 98 mini azyaşlılardır.
BAKI, 19 fevral — Sputnik. Praqa iki il ərzində ukraynalı qaçqınlara 710 milyon dollar müavinət ödəyib.
"İdnes" bu barədə Çex Respublikasının Daxili İşlər Nazirliyi və Əmək Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
"Son iki il ərzində Çexiyada müdafiə vizası almış yüz minlərlə ukraynalı qaçqın da, həmçinin ümumilikdə 16,33 milyard kron humanitar yardım alıb" - məqalədə yazılıb.
Eyni zamanda bildirilib ki, bir çox ukraynalı artıq iş tapıb və ölkəyə vergi və sığorta haqları şəklində "borclarını ödəyilər".
Hazırda Çexiyada Ukraynadan olan, təxminən 383 min ukraynalı qaçqın var ki, onlardan 98 mini azyaşlılardır. Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, Ukraynadan, təxminən 50 min uşaq məktəblərə gedir.
Ukraynalılar çex dilini zəif bilirlər. Bu, onların yüksək ixtisaslı və müvafiq olaraq yüksək maaşlı iş tapmasına mane olur. Çexiya hakimiyyəti öz qarşısına Ukraynadan gələn həm böyüklərə, həm də uşaqlara dili öyrətmək vəzifəsini qoyub.
Daha əvvəl bildirilmişdi ki, onlarla Rumıniya vətəndaşı müavinət və mənzil almaq üçün özlərini Ukrayna qaçqını kimi təqdim etdikləri üçün Almaniyada saxlanılıb.
Xəbər lenti
0