CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 130 uşaq bağçada soyuqda qalıb

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Elvin Basqallı bildirib ki, bağçanın istiliksiz qalmasına səbəb, fevralın 6-da İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada baş verən partlayışdır.
BAKI, 19 fevral — Sputnik. Paytaxtda 11 saylı körpələr evi-uşaq bağçasında uşaqlar 10 gündür ki, soyuqda qalıblar. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Onların sözlərinə görə, otaqlar soyuq olduğundan valideynlər uşaqlarının bağçada xəstələnəcəyindən narahatdırlar.
Valideyn Elvin Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, yaşayış binasının qazanxanasında baş verən partlayış bağçanın da istiliksiz qalmasına səbəb olub. O, aidiyyatı qurumlara müraciət etsə də, bugünədək bağçanın istiliklə təmin olunmadığını bildirib.
Sputnik Azərbaycan-ın sorğusuna cavabında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, bağçanın istiliksiz qalmasına səbəb, fevralın 6-da İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada baş verən partlayışdır. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Qazanxananın nə vaxta bərpa olunacağı dəqiq bilinmir.
"İlkin araşdırma və ekspertiza işləri aparılmaqdadır. Ekspertizanın rəyindən asılı olaraq tədbirlər müəyyən ediləcək" - Elvin Basqallı bildirib.
11 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, qazanxanada baş verən partlayışla əlaqədar bağçaya istiliyin verilməsi dayandırılıb.
"Bu gün səhər bağçada otaqlar soyuq olduğundan valideynlər də narahat idi. Çünki iki gün bağça bağlı qalmışdı, otaqlar soyuq idi. Amma 4 qrupda kondisioner var. Digər 4 qrupda isə elektrik qızdırıcıları qoyulub. Qazanxanadan istilik verilişi bərpa edilənədək otaqlar belə isidiləcək" - bağça rəhbərliyi bildirib.
O da qeyd edilib ki, bağçada 130 uşaq var.
Xatırladaq ki, bu ilin fevral ayının 6-da Yasamal rayonu İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada baş verən partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.
Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0