SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyənin birinci xanımları Ankarada görüşüblər

© Photo : AZERTAGƏminə Ərdoğanla Mehriban Əliyeva İçərişəhərdə
Əminə Ərdoğanla Mehriban Əliyeva İçərişəhərdə - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Əminə Ərdoğan ümid edir ki, prezident seçkilərində İlham Əliyevin qələbəsi dost Azərbaycan xalqına xeyir gətirəcək
BAKI, 19 fevral - Sputnik. Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X" səhifəsində paylaşım edib.
“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”, - paylaşımda deyilir.
Xəbər lenti
0