DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada "Şimal axını" yaxınlığındakı NATO sualtı qayıqlarının dövlət sirri üzə çıxıb

© AFP 2024 / ODD ANDERSENŞimal axını-2 yazısı
Şimal axını-2 yazısı - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
İnternetə "NATO-nun sualtı qayıqlarının silahlanmasına və fəaliyyət göstərdiyi ərazilərə dair" məlumatlar sızıb.
BAKI, 19 fevral — Sputnik. Alman rəsmiləri səhvən NATO-nun sualtı qayıqları ilə bağlı məlumatları açıqlayıblar.
"Bild" nəşri bu barədə yazıb.
Nəşrin məlumatına görə, bu, 2018-ci ildə baş verib. O vaxt "Şimal axını 2" qaz kəmərinin tikintisi ilə bağlı sənədlər ictimaiyyətə açıqlanıb. Materiallar Ştralzund Mədən Departamentinin rəsmi saytında yerləşdiriliblər.
İnternetə "NATO-nun sualtı qayıqlarının silahlanmasına və fəaliyyət göstərdiyi ərazilərə dair" məlumatlar sızıb.
Almaniya Federal Prokurorluğu araşdırma aparır. Məlumatı yayan məmurları 5 ilə qədər həbs gözləyir.
Almaniya Müdafiə Nazirliyi qanun pozuntusu barədə açıqlama verib. Departament vurğulayıb ki, açıqlanan məlumatlar NATO-nun hərbi imkanlarını qiymətləndirməyə imkan verir.
Xatırladaq ki, iki ixrac qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 2022-ci ilin payızında baş verib. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Bundan əvvəl "Almaniya üçün alternativ" fraksiyasından Bundestaqın deputatı Şteffen Kotre Almaniyanın "Şimal axını" ilə bağlı araşdırmasını "fars (komik pyes)" adlandırmışdı.
Xəbər lenti
0