CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dənizində növbəti zəlzələ baş verib

© Sputnik / Ilham MustafayevXəzər dənizi, arxiv şəkli
Xəzər dənizi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.02.2024
Abunə olmaq
Yeraltı təkanlar yerli vaxtla saat 18:49-da qeydə alınıb.
BAKI, 18 fevral — Sputnik. Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 18:49-da qeydə alınıb. Zəlzələ 3.3 maqnitudada olub.
***
Yerli vaxtla saat 16:46-da Lənkəran stansiyasından 80 km şimal-şərqdə Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Zəlzələ ocağı 65 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, gün ərzində dənizdə qeydə alınan ikinci zəlzələdir. Daha əvvəl də Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.
09.01.24
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 05.49-da Qala stansiyasından 145 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələnin maqnitudası 3,9, yeraltı təkanların dərinliyi 62 km olub.
27.01.24, 00:25
Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun yaydığı məlumata görə, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.
28.11.22, 10:21
Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Bildirilib ki, zəlzələ dünən saat 13:26-da qeydə alınıb.
Yerin 60 kilometr dərinliyində baş verən zəlzələnin maqnitudası 3 bal gücündə olub.
Xəbər lenti
0