https://sputnik.az/20240218/van--cin-ve-rusiya-qlobal-sabitliye-tohfe-verir-462715657.html
Van İ: Çin və Rusiya qlobal sabitliyə töhfə verir
Van İ: Çin və Rusiya qlobal sabitliyə töhfə verir
Sputnik Azərbaycan
Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətləri bloklara qoşulmamaq və hər hansı qarşıdurmadan imtina prinsiplərinə əsaslanır. 18.02.2024, Sputnik Azərbaycan
2024-02-18T20:53+0400
2024-02-18T20:53+0400
2024-02-19T10:28+0400
çin
dünya xəbərləri
rusiya
rusiya federasiyası
pekin
pekin
moskva
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_0:160:3072:1888_1920x0_80_0_0_f0eaae86d6f34a219fb6d11f4e53cf78.jpg
BAKI, 18 fevral - Sputnik. Rusiya və Çin birlikdə bütün dünyada və xüsusilə Asiya-Sakit okean regionunda sabitliyə töhfə verirlər.Çinin xarici işlər naziri Van İ bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Çixiş konfransın saytında birbaşa yayımlanıb.Nazir vurğulayıb ki, Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətləri bloklara qoşulmamaq və hər hansı qarşıdurmadan imtina prinsiplərinə əsaslanır.O, həmçinin əlavə edib ki, Pekin Ukrayna böhranının həllinə kömək etməkdən heç vaxt imtina etməyib. Belə ki, Çin sədri Si Cinpin həm Rusiya, həm də Ukrayna tərəfləri ilə bu məsələni müzakirə edib. Bundan əlavə, Çin bu mövzuda öz mövqeyini dərc edib və münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün xüsusi nümayəndəsini göndərib.“Bütün bunların arxasında Çinin nail olacağına ümid bəslədiyi yalnız bir məqsəd var – münaqişəyə son qoymaq üçün konsensusa nail olmaq və sülh danışıqlarına yol açmaq”, - İ deyib.Bundan əvvəl Pekin Aİ-nin Rusiya ilə işləyən Çin şirkətlərinə qarşı sanksiyalarını qeyri-qanuni adlandırmışdı. Çin Xarici İşlər Nazirliyi Pekin və Moskva arasındakı münasibətlərə “üçüncü tərəflərin” müdaxiləsini qəbuledilməz adlandırıb və buna baxmayaraq, sanksiyaların tətbiq olunacağı təqdirdə Çinin öz müəssisələrinin hüquq və maraqlarını qorumaq üçün tədbirlər görəcəyini bildirib.
pekin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_171:0:2902:2048_1920x0_80_0_0_66fb7e238b2c310fbf10315270010ef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, rusiya, rusiya federasiyası, pekin, pekin, moskva
çin, rusiya, rusiya federasiyası, pekin, pekin, moskva
Van İ: Çin və Rusiya qlobal sabitliyə töhfə verir
20:53 18.02.2024 (Yenilənib: 10:28 19.02.2024) Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətləri bloklara qoşulmamaq və hər hansı qarşıdurmadan imtina prinsiplərinə əsaslanır.
BAKI, 18 fevral - Sputnik. Rusiya və Çin birlikdə bütün dünyada və xüsusilə Asiya-Sakit okean regionunda sabitliyə töhfə verirlər.
Çinin xarici işlər naziri Van İ bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Çixiş konfransın saytında birbaşa yayımlanıb.
Nazir vurğulayıb ki, Rusiya Federasiyası ilə Çin arasında dostluq münasibətləri bloklara qoşulmamaq və hər hansı qarşıdurmadan imtina prinsiplərinə əsaslanır.
O, həmçinin əlavə edib ki, Pekin Ukrayna böhranının həllinə kömək etməkdən heç vaxt imtina etməyib. Belə ki, Çin sədri Si Cinpin həm Rusiya, həm də Ukrayna tərəfləri ilə bu məsələni müzakirə edib. Bundan əlavə, Çin bu mövzuda öz mövqeyini dərc edib və münaqişə tərəfləri arasında vasitəçilik etmək üçün xüsusi nümayəndəsini göndərib.
“Bütün bunların arxasında Çinin nail olacağına ümid bəslədiyi yalnız bir məqsəd var – münaqişəyə son qoymaq üçün konsensusa nail olmaq və sülh danışıqlarına yol açmaq”, - İ deyib.
Bundan əvvəl Pekin Aİ-nin Rusiya ilə işləyən Çin şirkətlərinə qarşı sanksiyalarını qeyri-qanuni adlandırmışdı. Çin Xarici İşlər Nazirliyi Pekin və Moskva arasındakı münasibətlərə “üçüncü tərəflərin” müdaxiləsini qəbuledilməz adlandırıb və buna baxmayaraq, sanksiyaların tətbiq olunacağı təqdirdə Çinin öz müəssisələrinin hüquq və maraqlarını qorumaq üçün tədbirlər görəcəyini bildirib.